Vittorio Qrilli

Vittorio Qrilli
Şəxsi məlumatlar
Doğum tarixi 19 may 1957(1957-05-19) (67 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti iqtisadçı, universitet müəllimi[d], siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vittorio Umberto Qrilli (it. Vittorio Umberto Grilli; 19 may 1957, Milan) — italyan iqtisadçı və siyasətçi, Monti hökumətində İqtisadiyyat və Maliyyə naziri (2012-2013).

1986-1990-cı illərdə Yel Universitetində dosent olub[1].

1990-1994-cü illərdə Birkbekdə (London Universiteti) Maliyyə professoru.

1994-2000-ci illərdə Xəzinədarlıq, Büdcə və Maliyyə Planlaşdırma Nazirliyində[2].

2001-2002-ci illərdə Credit Suisse First Boston-un İtaliya investisiya bankçılığı bölməsinə rəhbərlik edib.

2002-2005-ci illərdə İtaliya İqtisadiyyat və Maliyyə Nazirliyinin mühasibat departamentinə, 2005-2011-ci illərdə həmin idarənin xəzinədarlıq şöbəsinə rəhbərlik edib[3].

O, Mario Monti hökumətində 29 noyabr 2011-ci ildən 11 iyul 2012-ci il tarixədək İqtisadiyyat və Maliyyə Nazirinin müavini, daha sonra 28 aprel 2013-cü ilə qədər İqtisadiyyat və Maliyyə Naziri vəzifələrində çalışıb[4].

2014-cü ildə o, JPMorgan-ın Londonda yerləşən Avropa, Yaxın Şərq və Afrikadakı əməliyyatlarının prezidenti seçildi (Korporativ və İnvestisiya Bankçılığı Emea)

  1. "L'ex ministro Grilli in Jp Morgan come presidente dell'investment banking Emea" (italyan). il Sole 24 Ore. 2014-05-12. İstifadə tarixi: 2016-10-24.
  2. "Vittorio Umberto Grilli". Incarichi di governo (italyan). Camera dei Deputati (Portale storico). İstifadə tarixi: 2016-10-24.
  3. Giorgio Dell’Arti, Lorenzo Coraggio. "Vittorio Grilli". Cinquantamila giorni (italyan). Corriere della Sera. 2014-05-13. 2016-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-24.
  4. "Grilli Prof. Vittorio". Dettaglio decorato (italyan). Presidenza della Repubblica. 2016-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]