Vivien qalereyası

Vivien Qalereyası
fr. Galerie Vivienne
Vivien qalereyasının görünüşü
Vivien qalereyasının görünüşü
Xəritə
Əsası qoyulub 1823
Açılış tarixi 1826
Mövzu Qalereya
Ölkə
Yerləşir 6-ıncı Vivien küşəsi, Paris, Fransa
48°52′00″ şm. e. 2°20′23″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vivien qalereyasıFransanın paytaxtı Parisdə Borsa adlı ərazidə yerləşən qalereya. 176 m uzunluğu və 9 m eni vardır. 1974-cü il 7 iyul tarixindən sonra qalereya tarixi abidə kimi qeydə alınmışdır.[2]

Qalereya 1823-cü  ildə Vanel de Serrant oteli və Petits Peres keçidinin yerləşdiyi ərazidə Notariat Palatasının prezidenti Markus tərəfindən inşa edilmişdir. Tikilişi memar Frankoz Cek Delanninin layihəsinə əsaslandırılmışdır. 1826-cı ildə qalereya Markuz adı ilə açıldı, lakin sonradan Vivien adlandırıldı. Qalereyanın yerləşdiyi mükəmməl ərazi onun ecazkarlığını daha da artırır. Öz dərzi mağazaları, şərab dükanları, restoranları, kitab evləri ilə bu ərazi əksər turistləri özünə cəlb edir.

Royal palasın, fond birjasıının və Qrandz bulvarın əhatəsində yerləşən keçid İkinci İmperiyanın sonuna kimi əhəmiyyətli uğurlara nail olmuşdur. Lakin ərazidə yerləşən prestijli mağazaların Madelin və Çempz-Elyes ətrafına köçürülməsindən və ən əsası da  Georg-Engin Hausmanın səbəb olduğu inqiabdan sonra öz üstünlüyünü itirir. Qalereya bir çox maraqlı hadisələrin səhnəsi olmuşdur. 

Bu qalereya tarix boyu yaxınlıqda yerləşən Kolbert qalereyası ilə rəqabət aparmışdır. 1960-cı ildən sonra qalereya yenidən aktiv olaraq fəaliyyət göstərməyə başladı. Burada dəb, geyimlər və ev mebelinin əhatə olunduğu şoular nümayiş edilir. 1896-cı ildə Jan Pol Qot və Yuki Torii mağazalarının fəaliyyətə başlamasından sonra qalereya yenidən dirçəlməyə başladı.[3] İndi burada geyim və dekorativ əşyalar satılan bir çox dükanlar mövcuddur. 

Vivien qalereyasının daxili

Frankoz-Cek Delanni qalereyanı neo-klassik Pompenian üslubunda zərif örtüklərlə mozaika, rəsm və heykəltəraşlıq əsərləri ilə dekorasiya etmişdir. 

Qalereyanın Petits-Çamps, Bank və Vivien küçələrindən girişləri var.

Vivien qalereyasının panoraması
  1. 1 2 base Mérimée (fr.). ministère de la Culture, 1978.
  2. "Galerie Vivienne, anciennement appelée galerie Marchoux" Arxivləşdirilib 2013-06-25 at the Wayback Machine. Ministry of Culture. 2005-10-05. Retrieved 2012-05-19.
  3. Blackmore, Ruth (2012). The Rough Guide to Paris. London: Rough Guides. p. 71. ISBN 1405386959.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]