Viya Artmane | |
---|---|
latış. Vija Artmane | |
Doğum adı | Alīda Vija Artmane |
Doğum tarixi | 21 avqust 1929 və ya 21 iyul 1929[1] |
Vəfat tarixi | 11 oktyabr 2008[2][3] (79 yaşında) |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 1950–2003 |
Mükafatları |
|
IMDb | ID0037615 |
Vikianbarda əlaqəli mediafayllar |
Viya Artmane (latış. Vija Artmane; 21 avqust 1929 və ya 21 iyul 1929[1] – 11 oktyabr 2008[2][3]) — Latviya aktrisası. SSRİ xalq artisti (1969).
O, 1929-cu il avqustun 21-də Latviya kəndlərinin birində anadan olmuşdu. Qızcığaz atasının üzünü görməmişdi, anası hamilə ikən mədəndə işləyən atası qəza nəticəsində dünyasını dəyişmişdi. Anası ikinci dəfə ailə qurmuşdu, amma bu dəfə də xoşbəxtlik onların üzünə gülməmişdi: içki aludəçisi olan atalıq arvadını da, balaca Alidanı (aktrisanın əsl adı belədir) da döyürdü. Nəticədə, qadın qızını da götürüb onun əlindən qaçdı.
Daha sonra anası sənətə qiymət verən zəngin ailələrdən birində qulluqçuluq edir, doqquzyaşlı Alida isə inəkləri otarmaqla çörək pulu qazanırdı. Elə buna görə də aktrisalıq fəaliyyətinin ilk dövrlərində onu Buryonka ("qonur inək") deyə tanıyacaqdılar.
Riqaya köçəndən sonra Alida rəqs məktəbinə getdi. Alçaq tavanı olan, evdən daha çox çardağı xatırladan köhnə, kiçik mənzildə yaşadı. Onlar yazımasası əvəzinə çemodandan istifadə edirdilər.
İncəsənətə olan meyili Alidanı Bədii Teatrın nəzdindəki dram məktəbinə gətirdi və elə orada da qız özünə "Viya" təxəllüsünü götürdü. Pedaqoqlar onun istedadını tez müşahidə edə bildilər və gənc aktirasaya ard-arda rollar təklif olundu: Cülyetta, Ofeliya, kraliça Yelizaveta. Artmane, demək olar ki, bütün klassik obrazlarda özünü sınadı və uğur qazandı.
İlk dəfə Artmane "Fırtınadan sonra" filmi ilə ekranlara çıxdı. Sonra "Doğmaqan", "Heç kəs ölmək istəmirdi", "Edqar və Kristina" kimi ekran əsərləriylə məşhurlaşdı. Amma kütlənin sevgisini, ümumrespublika şöhrətini aktrisa ingilis yazıçısı Somerset Moemin əsəri əsasında çəkilən "Teatr"(1978) çox seriyalı televiziya filmi ilə qazandı.
Riqa teatrında karyeraya yeni başlayan Viya hamının sevimlisi olana aktyor Artur Dimitersin ağlını başından aldı. Amma Viya əvvəlcə ona əhəmiyyət vermirdi. Bohem həyat tərzi sürən "Don Juan" qızdan 14 yaş böyük, üstəlik, evliidi. Bununla belə, Dimiters hər işgününün sonu qızı xidməti çıxışda gözləyir, ona ard-arda sevgi məktubları yazırdı. Artur gənc aktrisanı şantaj etməkdən də çəkinmirdi: "Mənə gəlməsən, səni teatrdan qovacam". Öz növbəsində Viya da düşünürdü ki, məşhur aktyora ərə getmək onun karyerasına yaxşı təsir göstərə bilər. Əlbəttəki, o, yanılmırdı. Ərinin köməyi olmadan Artmane SSRİ miqyasında bu qədər məşhurluq qazana bilməzdi.
Onlar evləndilər, ilk iki həftəs akit və xoşbəxt keçdi. Cütlük konyakdan qurtum ala-ala pyesləri birgə müzakirə edirdi. Amma sonra məişət qayğıları başladı. Viya ərini azqala tanımırdı. Günbəgün onun xarakterində yeni qüsurlar ortaya çıxırdı. Aktrisa şəxsi həyatında xoşbəxt deyildi. Artur tez-tez qısqanclıq davaları çıxarır, hər boş şeydən ötrü arvadıyla savaşırdı. Oğullarının dünyaya gəlməsi belə, onların münasibətlərini yaxşılaşdırmadı. Viya həm körpə Kaspara baxır, həm də filmlərə çəkilirdi. Dimiters öz ailəsinə qətiyyən diqqət göstərmirdi. Viya uzun çəkilişlərdən sonra avtobusla evə qayıdır, uşaqlarayemək bişirir, paltar yuyur və döşəkağıları ütüləyirdi. Əri isə hətta mağazadan çörək almağıda, özünə yaraşdırmırdı. Bununla belə, onlar 27 il birgə yaşadılar. Arturun ölümündən sonra Viya uzun müddət özünə gələ bilmədi. Çünki Artmane ərini aktyor və ustad kimi yüksək qiymətləndirir, onu, azqala, teatrın atası hesab olunan Stanislavski ilə müqayisə edirdi.
Qeyd etdiyimiz kimi, ümumrespublika şöhrətini Viyaya "Teatr" televiziya filmindəki Culiya Lambert rolu gətirdi. Film ekranla "Doğmaqanı" filmi ekranlara çıxandan sonra oradakı baş qəhrəmanların real həyatda da sevgi yaşadıqları barədə söz-söhbətlər dolaşmağa başladı. Hərçənd, o vaxtadək Yevgeni Matfeyev nümunəvi ailə başçısı hesab olunurdu. Amma mətbuat bu cütlüyü, azqala, ər-arvad elan etmişdi. Az sonra Viyanın qızı Kristina dünyaya gəldi.