Vladimir Boysa | |
---|---|
| |
Mövqeyi | Uzun hücumçu |
Boyu | 2.08 m |
Çəkisi | 103 kq |
Vətəndaşlığı | Gürcüstan/Sloveniya |
Doğum tarixi | 4 iyul 1981 (43 yaş) |
Doğum yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Vladimir Boysa və ya Vladimer Boysa (4 iyul 1981, Rustavi) ― Gürcüstan keçmiş peşəkar basketbolçusu. O, 2013-cü ildən Gürcüstan Basketbol Federasiyasının vitse-prezidentidir.
Boysa karyerasının ən uğurlu illərini Sloveniyanın "Olimpiya" klubunda keçirmişdir, orada o, dörd mövsüm oynadı.[1] Klubda keçirdiyi son mövsümündə Boysa Avroliqada çıxış etdi və onun orta statistikası 15,8 xala və 6,3 ribaunda bərabər idi.[2] Mövsüm ərzində "Makkabi Tel Əvivə" qarşı 28 xal toplamağı bacardı və bu, yarışmada qazandığı ən yüksək xal oldu.[3] Daha sonra İtaliyaya köçdü və 2005-ci ildə "Siena" klubuna qatıldı.[4]
"Aris Saloniki" ilə Yunanıstandakı mövsümü boyu ölkənin basketbol liqasında ortalama 4.1 xal və 2.5 ribaund nəticələrini göstərdi.[5]
Gürcü oyunçu həm də İspaniya Liqasında oyun təcrübəsinə malikdir, belə ki o, 2008-09 mövsümündə "Menorka" klubunda oynayırdı və oyun vaxtının hər 18 dəqiqəsində orta hesabla 4 xal və 2 ribaund qazanırdı.[6] 2009-cu ilin fevral ayında o, klubdan ayrıldı.[7]
2010-cu ildə baksetbolçu "Olimpiya"ya qayıtdı və burada bir mövsüm keçirtdi.[8][9]
2012-ci ildə karyerasının son ili ərzində Boysa yenidən Yunanıstana gəldi və "Panionios"a keçdi.[10] Son klubu Gürcüstan Superliqasında çıxış edən paytaxt klubu "Armiya" idi.[11] 2013-cü ilin əvvəlində klubdan ayrıldı və təqaüdə çıxmağa qərar verdi.
Vladimir Boysa Gürcüstan milli basketbol komandasının şərəfini qorumuşdur. FİBA AvroBasket 2009-un B Divizyonunu qazanan komandanın üzvlərindən biri idi.[12]
Boysa milli komandası ilə Avrobasket 2011-də də iştirak etmiş və turnir ərzində oyun başına ortalama 2.6 xal toplamışdır.[13]
Boysa sloveniyalı qadınla evlidir və iki övladı var: oğlu Lian və qızı Naya.[14]
Vladimerin qardaşı Anatoli də basketbolçudur. 2011-ci ildə qardaşlar birlikdə Gürcüstan millisinin heyətində Avrobasket yarışında iştirak etmişdilər.[15]
KO | Keçirdiyi oyunlar | BO | Başladığı oyunlar | OBD | Oyun başı dəqiqə |
MQ% | Meydançadan vurduğu qol faiz nisbəti | 3X% | Üçxallıq atış faiz nisbəti | SA% | Sərbəst atış faiz nisbəti |
OBR | Oyun başı ribaund | OBA | Oyun başı assist | OƏK | Oyun başı rəqib topun ələ keçirilməsi |
OBB | Oyun başı blok | OBX | Oyun başı xal | ÇİR | Çıxış etmə indeksi reytinqi |
Qalın | Karyerası boyu ən yaxşı nəticəsi |
İl | Klub | KO | BO | ODB | MQ% | 3X% | SA% | OBR | OBA | OƏK | OBB | OBX | ÇİR |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2001–02 | Olimpiya Lyublyana BK | 8 | 3 | 8.1 | .357 | .143 | .900 | 1.1 | .0 | .4 | .1 | 2.8 | 0.8 |
2002–03 | Olimpiya Lyublyana BK | 20 | 20 | 21.2 | .465 | .319 | .726 | 3.7 | .9 | .8 | .3 | 8.5 | 7.0 |
2003–04 | Olimpiya Lyublyana BK | 19 | 18 | 27.5 | .453 | .349 | .623 | 3.0 | .9 | .6 | .3 | 9.3 | 5.7 |
2004–05 | Olimpiya Lyublyana BK | 14 | 14 | 33.2 | .532 | .286 | .603 | 6.3 | .4 | .8 | .5 | 15.8 | 14.5 |
2005–06 | Siena | 14 | 9 | 20.3 | .500 | .229 | .500 | 3.2 | .8 | .8 | .3 | 5.6 | 4.1 |
2007–08 | Aris | 10 | 3 | 16.0 | .278 | .500 | .429 | 2.2 | .7 | .1 | .2 | 3.4 | 2.7 |
2010–11 | Olimpiya Lyublyana BK | 4 | 0 | 6.5 | .000 | .000 | .000 | .5 | .5 | .0 | .0 | .0 | .0 |
Cəmi | 89 | 67 | 20.9 | .476 | .312 | .636 | 3.3 | .7 | .6 | .1 | 7.9 | 6.1 |