Vladimir Horovits

Vladimir Samoyloviç Horovits
Владимир Самойлович Горовиц
Ümumi məlumatlar
Doğum adı Владимир Самойлович Горовиц
Doğum tarixi
Doğum yeri Kiyev, Rusiya imperiyası
Vəfat tarixi (86 yaşında)
Vəfat yeri Nyu-York, ABŞ
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Milan monumental qəbiristanlığı[d][1]
Musiqiçi məlumatları
Fəaliyyəti pianoçu, bəstəkar
Fəaliyyət illəri 1920-ci ildən
Janr klassik musiqi
Musiqi aləti Fortepiano
Albom şirkəti RCA Records
Təhsili
Mükafatları "Fəxri legion" ordeni kavaleri Great Cross with Star and Sash of the Order of Merit of the Federal Republic of Germany Prezidentin "Azadlıq" medalı "İtaliya qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı National Medal of Arts
əbədi nailiyyətlərinə görə "Qremmi" mükafatı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vladimir Samoyloviç Horovits (ing. Vladimir Horowitz) — yəhudi əsilli sovet və amerika pianoçusudur. Musiqi tarixinin ən görkəmli pianoçularından biridir[2].

1903-cü ildə Kiyevdə[3] mühəndis və iş adamı, sonradan (1912) elektrik avadanlıqları satan şirkətin sahibi Samuil İoaximoviç Horovitsin (1871-1940) və onun həyat yoldaşı V.V. Puxalski adına Kiyev Musiqi Texnikumunun məzunu Sofiya (Sonya) Yakovlevna Horovitsin (1872-) 1930 ) ailəsində anadan olub[4][5]. Atanın doğum şəhadətnaməsində (1871) onun Berdiçevdən olan ikinci gildiya taciri Yoahim Samuiloviç Horovitsin oğlu olduğu göstərir[6].

Valideynləri 1894-cü ildə evlənmişdilər. Ailənin Kiyevdə doğulmuş, əvvəl Kiyev Musiqi Kollecində, sonra Konservatoriyada musiqi təhsili alan dörd övladı var idi: Yakov (1895-1915), Regina (1900-1984) və Vladimir - pianoçu, Qriqori (1901-1945) isə - skripkaçı idi. Vladimirə (eləcə də digər övladlarına) musiqi sevgisini aşılayan anası idi[7]. Əvvəlcə anası özü Vladimirlə məşğul olurdu. O, 1913-cü ilin yanvarında (həmin ilin yayında konservatoriyaya çevrilən) Kiyev Musiqi Məktəbinə daxil olur.

Kiyevdə hələ XIX əsrin 50-ci illərində Vladimirin babası — Yoahim Samuiloviç Horovits gəlmişdir. O, Odessa Rişelyö Gimnaziyasını qızıl medalla bitirmiş, 70-ci illərdə 1-ci gildiyanın kiyev taciri idi. 1874-cü ildə İmperator rus musiqi cəmiyyətinin Kiyev filialının direktorlarından biri seçildi, Kiyev yəhudi xəstəxanasının qəyyumlar şurasının üzvü idi. Həyat yoldaşı Regina Aaronovna pianoçu idi, 1873-cü ildə İRMC-in Kiyev filialının "qonaq-üzv"ü idi. Oğullarının hər ikisi - Aleksandr (Vladimirin əmisi) və Samuil (Vladimirin atası) ali təhsil alıblar: Aleksandr (1877-1927) Kiyev Musiqi Məktəbini və Moskva Konservatoriyasını (A.N. Skryabin sinfi) bitirib[8]. Bundan sonra Xarkov Musiqi Məktəbində, 1917-ci ildən isə Xarkov Konservatoriyasında işləmişdir. Samuil Müqəddəs Vladimir ad. Kiyev Universitetinin fizika-riyaziyyat fakültəsini və Lyej Elektrotexnika İnstitutunu bitirib. Vladimirin gələcəyinə böyük təsir göstərən əmisi Aleksandr Horovits olmuşdur. O, Skryabinin sevimli tələbələrindən biri idi və onun sayəsində qardaşı oğlu 1914-cü ildə Skryabinlə tanış olmuşdur.

1937-ci ildən 1962-ci ilə qədər Horovitsin yeddi tələbəsi var idi: (alm. Nico Kaufmann‎) (Horovitsin Avropada olduğu müddətdə yetişdirdiyi yeganə tələbəsi), (ing. Byron Janis), Harry Qraffman, Kolman Blyumfild, Ronald Turini, Aleksandır Fiorillo və (ing. Ivan Roy Davis, Jr.). 1980-ci illərdə o, artıq formalaşmış pianoçulara: (ing. Murray Perahia) və Eduard Halimə dərslər verib.

Yaradıcılıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Romantik ifa tərzinin nümayəndəsidir (F. Listin əsərləri, o cümlədən öz transkripsiyalarında, V. Motsart, F. Şopen, rus bəstəkarları və s.). Onu "Fortepiano Krallarının Kralı", "Sonuncu görkəmli romantik" adlandırırdılar. D.Rabinoviçin “İfaçı və üslub” fundamental əsərində V.Horovits, müəllifin F.Liszt, S.Raxmaninov, V.Horovits aid etdiyi “romantik pianizm nəhəngləri” sırasında yer alır.

Klassik musiqinin ən yaxşı ifasına görə "Qremmi" mükafatı

[redaktə | mənbəni redaktə et]

(Orkestr ilə) klassik musiqinin ən yaxşı ifasına görə "Qremmi" mükafatı

[redaktə | mənbəni redaktə et]
  • 1979 - "1979-cu ilin qızıl yubileyi" konserti, Raxmaninov: №3 orkestr ilə fortepiano konserti (RCA CLR1 2633).
  • 1989 - №23 orkestr ilə fortepiano konserti, Deutsche Grammophon (423287).

Orkestrsiz solist tərəfindən instrumental musiqinin ən yaxşı ifası üçün "Qremmi" mükafatı

[redaktə | mənbəni redaktə et]
  • 1963- Columbia Records üçün səsyazma.
  • 1964- The Sound of Horowitz səsyazması.
  • 1965 - Bethoven, Debüssi, Şopenin əsərlərinin ifası.
  • 1966 - Horovits (ing. Carnegie Hall)-da - Tarixi qayıdış.
  • 1972 - Horovits Raxmaninovu ifa edir, (Etudes-Tableaux Piano Music; Sonatas) (səsyazma M-30464)
  • 1973 - Şopenin əsərlərinin ifası (səsyazma M-30643).
  • 1974 - Skryabinin əsərlərinin ifası (ysəsyazma M-31620).
  • 1977 - 1975/76-cı illərdə Horovitsin konsertləri, (RCA ARL1-1766).
  • 1979 - 1977/78-ci illərdə Horovitsin konsertləri, (RCA ARL1-2548).
  • 1980 - 1978/79-cu illərdə Horovitsin konsertləri, (RCA ARL1-3433).
  • 1982 - 1979/80-ci illərdə Horovitsin konsertləri, (RCA ARL1-3775).
  • 1988 - Horovits Moskvada, (Deutsche Grammophon 419499)
  • 1991 - The Last Recording üçün səsyazma (Sony SK 45818).
  • 1993 - Kəşf edilmiş xəzinələr: Şopen, List, Skarlatti, Skryabin, Klementi əsərlərinin ifası, (Sony 48093).

Ən yaxşı klassik albom üçün "Qremmi" mükafatı

[redaktə | mənbəni redaktə et]
  • 1963 - Columbia Records üçün səsyazma.
  • 1966 - Horovits (ing. Carnegie Hall)-da - Tarixi qayıdış.
  • 1972 - Horovits Raxmaninovu ifa edir, (Etudes-Tableaux Piano Music; Sonatas).
  • 1978- (ing. Leonard Bernstein) (dirijor), Nyu-York Filarmoniya orkestri, (alm. Dietrich Fischer-Dieskau‎), Vladimir Horovits, (ing. Yehudi Menuhin), Mstislav Rostropoviç, (ing. Isaac Stern), (ing. Lyndon Woodside) ilə "Əsrin konserti".
  • 1987 - Albom - Horowitz — The Studio Recordings, New York, 1985.
  • 1988 - Horovits Moskvada, (Deutsche Grammophon 419499)

Ömür boyu musiqi nailiyyətlərinə görə "Qremmi" mükafatı

[redaktə | mənbəni redaktə et]

1990 - Şumanın "Kreysleryan"ına görə

Digər mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. Find a Grave (ing.). 1996.
  2. Dubal, David (1989). The Art of the Piano. Amadeus Press. ISBN 1-57467-088-3.
  3. Некоторые источники указывают местом рождения Бердичев, однако это не подтверждается обнаруженными Ю. Зильберманом метрическими книгами канцелярии киевского городского раввина, в которых зафиксировано рождение Владимира, его братьев, сестры, дяди Александра и отца Самуила.
  4. Свидетельство о рождении Владимира Горовица в Киеве, 18 сентября 1903 года
  5. Ганна Руденко. "Еврейская Украина: 10 фактов о евреях Киева". 2016-10-22 tarixində arxivləşdirilib.
  6. "Владимир Горовиц, младший в семье". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-01.
  7. Брат матери — киевский купец первой гильдии Моисей Яковлевич Бодик (1865—1932), занятый в сахароторговле, в эмиграции — во Франции (Париж); его дети Яков и Сергей стали музыкантами.
  8. Е. В. Кононова «Пианистическая культура Харькова последней трети XIX — начала XX столетий» Arxivləşdirilib 2022-02-01 at the Wayback Machine: Александр Иоахимович Горовиц (1877—1927) стал известным в Харькове музыкальным педагогом, преподавал в музыкальном училище и вёл рубрику «Музыкальные заметки» в газете «Южный Край».