Vladimir Minorski | |
---|---|
rus. Владимир Фёдорович Минорский | |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | (89 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahəsi | şərqşünaslıq |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Təhsili |
|
Tanınmış yetirmələri | Klifford Edmund Bosvort, Rocer Seyvori |
Vladimir Fyodoroviç Minorski (rus. Владимир Фёдорович Минорский; 5.2.1877 Rusiya, Tver quberniyası– 25.3.1966) Kembric, İngiltərə — Rusiya şərqşünası, Brüssel və Kembric universitetlərinin fəxri doktoru.
Vladimir Fyodoroviç Minorski 1877-ci ildə anadan olmuşdur. Ərəb, fars, türk dillərini bilən Minorski Yaxın Şərq ölkələrinin etnoqrafiya, tarix, tarixi coğrafiya, ədəbiyyat tarixi və dilləri üzərində çalışmışdır. Alim bu sahələrdə bir çox araşdırmalar nəşr etdirmişdir: "The Khazars and the Turks in the Äkäm al-Marjän", "The Clan of the Qaraqoyunlu Rulers", "Tamim ibn Baor's Journey to the Uighurs" və s. Minorski "lslam Ansiklopedisi"nə bir çox məqalələr də yazmışdır. Onun ən böyük əsəri "Hududü l-alem"in ingiliscə tərcüməsidir. 1940-cı ildə alim Orta İranda yaşayan xələclərin dillərinə aid "The Turkish dialect of the Khalaj" adlı əsərini dərc etdirmişdir. İranda yaşayan türklərin dilinə aid "Ä[nallu / Inallu" adlı məqalə nəşr etdirmişdir. Həyatının sonlarına doğru Minorski Vasili Bartoldun bir neçə əsərini ingilis dilinə tərcümə etmişdir.
Vladimir Minorski 1966-cı ildə 89 yaşında vəfat etmişdir.
Səməd Vurğun SSRİ Ali Sovetinin deputatı kimi 1947-ci ildə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri ilə birgə Londona səfər etdiyi zaman Minorskidən Şirvan və Dərbənd tarixinə aid elmi işlərinin Azərbaycana göndərməsini xahiş etmişdir. Minorski həmin materialları bir qədər sonra Səməd Vurğuna göndərmiş, 1958-ci ildə isə həmin materiallar əsasında "Şirvan və Dərbənd tarixi" adlı əsərini İngiltərədə çap etdirmişdir.