Vladivostok Beynəlxalq Hava Limanı | |||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
43°23′57″ şm. e. 132°09′05″ ş. u.HGYO |
|||||||||||||||||||||||
IATA: VVO – ICAO: UHWW | |||||||||||||||||||||||
Məlumat | |||||||||||||||||||||||
Hava limanı tipi | İctimai | ||||||||||||||||||||||
Ölkə | |||||||||||||||||||||||
Operator | Vladivostok Avia | ||||||||||||||||||||||
Qovşaq | Aurora, S7 Airlines | ||||||||||||||||||||||
Dəniz səviyyəsindən hündürlüyü |
46 ft / 14 m | ||||||||||||||||||||||
Xəritə | |||||||||||||||||||||||
|
|||||||||||||||||||||||
Uçuş-enmə zolaqları | |||||||||||||||||||||||
|
|||||||||||||||||||||||
Vertolyot meydançaları | |||||||||||||||||||||||
|
|||||||||||||||||||||||
Rəsmi saytı | |||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Vladivostok Beynəlxalq Hava Limanı (rus. Международный аэропорт Владивосток) (IATA: VVO, ICAO: UHWW) — Rusiyanın Artyom şəhərinin yaxınlığında yerləşən beynəlxalq hava limanı. Vladivostok şəhərindən 44 km şimalda yerləşir. Kneviçi Hava Limanı olaraqda adlandırılır.
Hava limanı 1931-ci ildə Artyom şəhərinin yaxınlığında tikilmişdir. Ticarət uçuşları 1932-ci ilin yayında başlamışdır. İkinci Dünya müharibəsindən sonra 10 il ərzində Po-2 və W-2 təyyarələri aviakimya işlərində və geoloq və meşə-patrul xidmətində balıqlar üçün sahil kəşfiyyatlarında geniş istifadə olunmuşdur. Moskva-Vladivostok marşrutu üzrə sərnişin reysləri 1948-ci ildə İlyushin İL-12-dən istifadə etməklə başlamışdır.
1959-cu ildən 1964-cü ilədək, böyük təyyarələrlə müntəzəm uçuşlara imkan verən obyekt kompleksləri tikilib.
Hava limanının "B" terminalı 2005–2006-cı illərdə tamamilə yenilənmişdir. Yenilənmiş terminal 19 dekabr 2006-cı ildə açılmışdır. Federal və regional hökumətlər Vladivostok Beynəlxalq Hava Limanını Vladivostokun cənubundakı Russkiy adasında keçiriləcək APEC Russia 2012 sammitindən əvvəl yenidən qurmağı planlaşdırmışdır. 2012-ci ildə 7 milyard rubl dəyərində yeni bir terminal (A) inşa edilmişdir. Bu yeni terminal binasının həcmi ildə 3,5 milyon sərnişin daşıyır.[1] Uçuş-enmə zolağı 07R/25L, 3500 metr səviyyəsində yenidən qurulmuş və genişlənmişdir və bu hər bir təyyarə tipini qəbul etməyə qadirdir.[2]