Volqoqrad Arena

Volqoqrad Arena
Xəritə
Yeri Volqoqrad, Rusiya
Təməli qoyulub 2015
Tikilib 2018
Tikinti xərcləri 16,3 milyard rubl
220 milyon Avro
Sahibi Volqoqrad vilayəti
Tamaşaçı tutumu 45568 (rəsmən)
43713 (2018 FİFA Dünya Kuboku)[1]
Ev sahibi komanda Rotor Volqoqrad FK
Meydançanın ölçüləri 105 x 68 m
Ot örtüyü GrassMaster (hibrid ot)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Volqoqrad Arena (rus. Волгоград Арена) – Rusiyanın şəhəri Volqoqradda yerləşən stadiondur. 2018 FİFA Dünya Kubokuna ev sahibliyi etmiş stadionlardan biridir. Rotor Volqoqrad klubu da öz ev oyunlarını burada keçirir. Tamaşaçı tutumu 45568 nəfərdir.[2]

Stadion dağıdılan Mərkəzi Stadionun yerində, Volqa çayının yaxınlığında inşa edilib. Köhnə stadion 1958-ci ildə, köhnə neft deposunun yerində inşa edilmişdi. Stadionun tikintisi zamanı 300 partlamamış bomba tapılıb və ərazidən kənarlaşdırılıb.[3]

Stadionun kiçildilmiş modeli

Arenanın dizaynı açıq tenderin qalibi olan Sport-Engineering şirkəti tərəfindən hazırlanmışdır. Stroytransqaz proyektin əsas podratçısı oldu. Əvvəlcə, yerli aidiyyət orqanları inşa işləri də daxil olmaqla layihənin xərcinin 10 milyard rubl olaraq hesabladılar. 2014-cü ilin oktyabrında isə bu rəqəm qaldırılaraq 17 milyard oldu. Stadion FİFA standartlarına cavab verəcək şəkildə tikilmişdir. Stadionun tamaşaçı tutumu 45568 nəfərdir. Bunlara 2280 yerlik media salonu, 640 oturacaqlı VİP box və 460 əlil insanlar üçün yerlər də daxildir. Stadionun əsas memari xüsusiyyəti kabloların birləşərək yaratdığı "velosiped təkəri" şəklində damdır. Stadionun 42 lifti var. Bunlardan 24-ü əlil insanlar üçündür. Stadion "Funktion One" səs sistemləri ilə təchiz olunub.

Stadiona Volqoqrad Hava Limanından 6 nömrəli avtobus, Volqoqrad Dəmiryolu Stansiyasından isə 12 nömrəli trolleybus gedir.

2018 FİFA Dünya Kuboku zamanı

[redaktə | mənbəni redaktə et]
Tarix Saat Komanda #1 Nəticə Komanda #2 Mərhələ Tamaşaçı sayı
18 iyun 2018 21:00  Tunis 1–2  İngiltərə G qrupu 41064[4]
22 iyun 2018 18:00  Nigeriya 2–0  İslandiya D qrupu 40904[5]
25 iyun 2018 17:00  Səudiyyə Ərəbistanı 2–1  Misir A qrupu 36823[6]
28 iyun 2018 17:00  Yaponiya 0–1  Polşa H qrupu 42189[7]
Volqoqrad Arena – Nigeriya ilə İslandiya matç oynamazdan əvvəl. 22 iyun 2018

Turnirdən sonra

[redaktə | mənbəni redaktə et]

Turnirdən sonra da stadionda Rotor Volqoqrad öz ev oyunlarını burada keçirəcək. Arenanın şəhərin mədəni və idman tədbirləri, festivallar, sərgilər və konsertlər üçün bir yer kimi xidmət etməsi gözlənilir. Gələcəkdə stadionda fitness mərkəzi də tikiləcək.

  1. "Volgograd Arena". FIFA. 2017-10-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2018.
  2. Volgograd Arena Arxivləşdirilib 2017-10-15 at the Wayback Machine. FİFA.
  3. "Russia 2018: Volgograd – bright future awaits city with dark past". RT. 18 may 2018. 18 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2018.
  4. "Matç hesabatı – G qrupu – Tunis - İngiltərə" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 18 June 2018. 24 June 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyun 2018.
  5. "Matç hesabatı – D qrupu – Nigeriya - İslandiya" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 22 iyun 2018. 2018-06-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 iyun 2018.
  6. "Matç hesabatı – A qrupu – Səudiyyə Ərəbistanı - Misir" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 25 iyun 2018. 2018-06-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 iyun 2018.
  7. "Matç hesabatı – H qrupu – Yaponiya - Polşa" (PDF). FIFA.com. Fédération Internationale de Football Association. 28 June 2018. 1 July 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 iyun 2018.