Vordenkliff qülləsi 1904-cü il | |
---|---|
| |
Fayl adı uzantısı |
..svg, .svgz |
MIME tipi |
image/svg+xml |
Tərtibatçı | World Wide Web Consortium |
Son versiya | 1.2T |
Format tipi | vector image format |
Uzadılıb | XML |
Vikianbarda əlaqəli mediafayllar |
Vordenkliff qülləsi (ing. Wardenclyffe Tower, 1901–1917, həmçinin "Tesla qülləsi" kimi tanınır) — ticari olmayan transatlantik telefoniya, radio yayımı və naqilsiz elektrikenerjisi ötürülməsinin nümayişi üçün Nikola Tesla tərəfindən yaradılmış ilk naqilsiz telekommunikasiya qülləsidir.[1][2] Rezonator qülləsinin ilk tam miqyaslı sınaqları 15 iyun 1903-cü ildə yerli vaxtla tam gecə yarısında baş verdi.[3]
Qülləyə, Manhettendən 60 mil məsafədə yerləşən, Lonq Aylenddəki Şorexamda qülləni inşa etmək üçün torpaq alan qərbli vəkil və bankir Ceyms S. Vordenin (James S. Warden) adı verildi. O burada "Wardenclyffe-On-Sound" kimi tanınan kurort inşa etdi. Vorden düşünürdü ki, Teslanın "dünya sistemi"-nin inşası "Radio Şəhər"-in böyüməsinə səbəb olacaq. O, Teslaya dəmir yolunun yanında, naqilsiz telekommunikasiya qülləsi inşa edə biləcəyi və laboratoriya yerləşdirə biləcəyi 200 akr (81 hektar) ərazi təklif etdi.
Nikola Tesla 1898-ci ildə Vordenkliff qülləsinin planını qurmağa, 1901-ci ildə isə Lonq Aylənd boğazı yaxınlığında inşasına başladı. Laboratoriyanın əsas binasını memar Stenford Vayt, qüllənin özü isə Vaytın ortağı U.D. Krou tərəfindən inşa edilmişdir. Tikintinin maliyyələşdirilməsi nüfuzlu sənayeçilər və digər vençur kapitalistlər tərəfindən təmin edilmişdi. Layihə, laboratoriyaya 150.000 dollar sərmayə qoyan varlı Con Pirpont Morqan tərəfindən dəstəklənirdi (2009-cu ilin qiymətiylə 3 milyon dollardan çox)[4].
1902-ci ilin iyun ayında Tesla laboratoriyasını Manhettenin Hauston Strit küçəsindən Vordenkliffə köçürdü. Amma, 1903-cü ildə, demək olar ki, tikilib başa çatmış qüllə, son dizayn təkmilləşdirmələri səbəbindən hələ də işlək vəziyyətdə deyildi. Ticari naqilsiz telekomunikasiyada əlavə olaraq Tesla naqilsiz elektrik enerji ötürülməsini nümayiş etdirmək niyyətində idi. Bu, bazarı çökdürüb və hər kəsi pulsuz elektrik enerjisi ilə təmin edə biləcəyi üçün, dünyanın ilk Niaqara Su elektrik stansiyası və mis zavodlarının səhmdarı olan C.P. Morqan maliyyələşməni dayandırmağa qərar verdi. Tikinti xərcləri C.P. Morqanın təmin etdiyi büdcəni aşmışdı, digər maliyyəçilər də könülsüz pul verirdilər (Nikola Teslanın digər böyük maliyyəçisi Con Ceykab Astor idi). 1904-cü ilin iyulunadək C.P. Morqan və digər maliyyəçilər qəti şəkildə maliyyələşdirmədən imtina etdilər. C.P. Morqan digər investorları da layihəni davam etdirməkdən çəkindirdi. 1905-ci ilin mayında Teslanın dəyişən cərəyan mühərrikləri və elektrik enerjisinin digər ötrülmə üsulları üzərindəki patentinin sona çatması, qonorarların dayandırılması və Vordenkliff qülləsinin maliyyələşməsinin kəskin azalması ilə nəticələndi.
1917-ci ilə qədər qüllə istifadə edilməmişdi. ABŞ hökuməti, qüllənin Alman gəmiləri üçün mayak olacağından qorxaraq onu sökməyə qərar verdi. Tikintinin keyfiyyəti elə idi ki, ounu yalnız partlayışın köməyi ilə etmək mümkün idi.
Qüllə orijinal bir taxta konstruksiya idi. Üzərində iki sarmaq (rulon) var idi — biri təpəsində, digəri isə bünövrəyə yaxın. Birincisi böyük diametrə sahib olmalıdır və keçiricinin qızmasına sərf olunan omik itkiləri azaltmaq üçün (Coul-Lens qanunu), mümkün olan ən qalın məftillə sarılmalıdır. Sonrakı hissə sona yaxınlaşdıqca daha kiçik diametrə sahib olmalıdır. Bu, potensialın kifayət qədər yüksək olacağı həmin hissədə sarmağın (rulonun) öz tutumunu azaltması üçün lazımdır. Bu və bir sıra digər şərtlərə əml etmək aşağı dempferləməni təmin edirdi.
Məşhur serb ixtiraçısı Nikola Teslanın ilkin təcrübələri adi radio dalğalarının, yəni "Herts dalğaları"-nın, fəzada yayılmış elektromaqnit dalğalarının yayılmasına aid idi. Ümumdünya naqilsiz sistemin yaradılmasının əsas şərtlərindən biri rezonanslı qəbuledicilərin tikintisidir. Tesla şəxsən ötürücü sarmaqdan qəbul edici sarmağa (rulona) elektrik enerjisinin naqilsiz ötürülməsini dəfələrlə nümayiş etdirmişdir. Bu, onun naqilsiz ötürmə sisteminin bir hissəsi oldu (ABŞ patenti No. 1119732, Elektrik enerjisinin ötürülməsi aparatı, 18 yanvar 1902). Tesla, dünyada otuzdan çox ötürücü-qəbuledici stansiya qurmağı təklif etdi. Bu sistemdə qəbuledici rulon yüksək cərəyan çıxışı olan azaldan trasfarmator rolunu oynayır. Ötürücü sarmağın parametrləri qəbuledici ilə eynidir.
Teslanın dünya naqilsiz sisteminin məqsədi enerji ötürülməsini radio yayımı və yönləndirilmiş naqiliz rabitə ilə birləşdirmək idi. Bu çoxsaylı yüksək gərginlikli elektrik xətlərindən qurtulmağa imkan verəcək və qlobal miqyasda elektrik istehsal edən güclərin bir-birinə birləşməsini asanlaşdıracaqdı.
Teslanın patentləri
Digər patentlər
Today, a fight is looming over the ghostly remains of that site, called Wardenclyffe — what Tesla authorities call the only surviving workplace of the eccentric genius who dreamed countless big dreams while pioneering wireless communication and alternating current. The disagreement began recently after the property went up for sale in Shoreham, N.Y.