Voytsex Qerson | |
---|---|
pol. Wojciech Gerson | |
Doğum tarixi | 1 iyul 1831[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 25 fevral 1901[1][2][…] (69 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | rəssam, sənətşünas, illüstrasiyaçı[d], litoqraf, pedaqoq |
Təhsili |
|
Stil | romantizm |
Vikianbarda əlaqəli mediafayllar |
Voytsex Qerson (pol. Wojciech Gerson; 1 iyul 1831[1][2][…], Varşava[3] – 25 fevral 1901[1][2][…], Varşava[3]) — polşalı rəssam-realist, yazıçı, pedaqoq.
Voytsex Qerson Polşa üsyanı zamanı Varşavada anadan olmuşdur. 1844-cü ildə İncəsənət Məktəbinə daxil oldu və 1850-ci ildə fərqlənmə diplomu ilə məzun oldu. 1853-cü ildə Qerson Sankt-Peterburq İncəsənət Akademiyasında təqaüd alıb və iki il Aleksey Markovdan tarixi əsər öyrənir. Akademiyanı gümüş medal ilə bitirmiş və 1855-ci ildə Varşavaya dönmüşdür. 1856-cı ildə Parisə yola düşdü və Leon Konye ilə birgə təhsil almışdır. 1858-ci ildə rəssam Varşavaya qayıtdı və tədris fəaliyyəti ilə məğul oldu. İncəsənət professoru (1872–1896). Əsərlərinin əsas mövzusu dağ mənzərələri, şəhər eskizləri, tarixi rəsmlərdir.
Varşava Rəsm sinifində rəsm və rəssamlıq sənətini tədris edirdi. Magistr tələbələri arasında belə rəssamlar Yuzef Helmonski, Lüdviq Veselovskiy, Yan Leon Vıçulkovskiy, Boqdan Kleçinskiy, Stanislav Lents, Vladislav Podkovinskiy, Yuzef Pankeviç, Lüdomir Benedıktoviç, Vatslav Xodkovskiy, Eliqiuş Nevyadomskiy, Alfred Kovalskiy-Veruş, Leopold Pilixovskiy, Edvard Okun, Yan Stanislavskiy, Kazimir Alximoviç, Stanislav Baqenskiy, Anna Bilinskaya, Miloş Kotarbinskiy, Genrix Veysenqof, Vinsent Vodzinovskiy, Stefan Popovskiy, Stanislav Çaykovskiy və daha başqaları.