Vrelo-Bosne (serb-xorv. Vrelo Bosne) — Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhəri yaxınlığında, İqman dağı ətəklərində olan Bosna çayı ətrafındakı ictimai park.
"Vrelo Bosne" parkı İlica bölgəsində yerləşir və ölkənin ən məşhur görməli yerlərindən biridir. Bosna çayı üzərində Roma körpüsü var. Körpü 1530–1550-ci illər arası inşa edilmiş. Körpünün tikintisində qədimdə mövcud olmuş roma körpüsünün daşlarından istifadə olunmuş. Roma imperiyası zamanı bu körpüdən istifadə edərək Aquae Sulphurae kəndi ilə əlaqə saxlanılırdı[1]
Yaz aylarında Bosna çayı suyu çox təmiz olduğundan içməyə belə yararlı olur[2]. İl ərzində parkı 60 000 turist ziyarət edir.[3]
Turistlər parkda piyada və ya atla gəzişərək istirahət edə bilərlər. Əsas gəzinti yolunun uzunluğu 3 km-dir. Bu yol üzərində Avstriya-Macarıstan dövrünə məxsus bina inşa edilmiş.
Park daxili yollar həm də velosipedlə gəzinti üçündə idealdır.[4] Turistlər asanlıqla gur axan çayı, eləcədə şəalaləni seyr edə bilirlər. Ərazidə olan kafe və restoranlar səyahtçilərə müxtəlif içki və qida təklif edirlər. İlin mövsümündən asılı olaraq parkın fəaliyyət saatı müxtəlifdir. Park ərazisində ördək və qu quşularına rast gəlmək olar[5]
Bosniya müharibəsi zamanı park qorunmamış və yerli əhali bir çox ağacları qızınmaq məqsədilə kəsib yandırmışlar. 2000-ci ildən sonra park yenidən bərpa olunmuş və beytəlxalq ekologiya təşkilatının rəhbərliyi altında öz əvvəlki formasına qayıtmışdır.
Vrelo-Bosne parkında tez-tez Bosniya və Herseqovina milli futbol komandası təlim məşq toplanışı keçirir.[6] Futbolçular Hercegovina hotelində qalırlar.
Parka ərazisində Bosniya və Herseqovina markı istifadə olunur.