Vsevolod Qarşin

Vsevolod Qarşin
Doğum tarixi 2 (14) fevral 1855[1][2][…]
Vəfat tarixi 24 mart (5 aprel) 1888[1][2][…] (33 yaşında)
Vəfat yeri
Vəfat səbəbi yıxılma[d]
Dəfn yeri
Təhsili
  • Sankt-Peterburq Mədən Universiteti[d] (18741876)[3][2]
Fəaliyyəti yazıçı, ədəbiyyat tənqidçisi, şair, incəsənət tənqidçisi[d]
Əsərlərinin dili rus dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qarşin Vsevolod Mixayloviç (2 fevral 1855-1888) — rus yazıçısı.

Vsevolod Qarşin 1855-ci il fevralın 2-də dünyaya gəlib. Bu zaman Krım müharibəsi gedirdi və sonralar onun eşitdiyi nağıllar bu müharibənin iştirakçısı olmuş atasının zabit dostları ilə bölüşdükləri xatirələri idi. Müharibənin dəhşətli və eyni dərəcədə maraqlı olan epizodlarını gələcək yazıçı həyəcanla dinləyir, yenicə bitmiş müharibənin təlatümlü xatirələri onun qəlbini sarırdı. Uşaqlıqdan sərbəst, daha doğrusu, özbaşına böyüyən kiçik Qarşinin kitablarla tanışlığı 5-6 yaşlarından başlayır. Nəzarətsiz bu balaca oxucunun mütaliəsi uşaq kitabları yox, Hüqo, Jukovski, Qoqol, Puşkin, Çernışevski, evdə illərlə yığılıb qalmış abunə olduqları jurnallar idi. Yazıçı körpə çağlarındakı bu kimsəsiz, lakin mənalı, azad günləri xatırlayıb yazırdı: Lermontovun "Zəmanəmizin qəhrəmanı" əsərini oxuyurdum, bir şey anlamasam da, "Bela" hekayətini dərk edir, ağlayırdım. Dərk etdiyi isə ürək sıxan şeylər idi: anası böyük uşaqlarının müəllimi P.Zavadski ilə qaçmışdı. Bu əxlaq faciəsi ilə uşaq elə uşaqlıqdan bir tərəfdən odlu məhəbbət (ehtiras deyə bilərik), digər tərəfdən isə öldürücü bir ailə nifrətinin şahidi olmuşdu. Bunlar onun psixologiyasına dərin təsir göstərdi. Uşaqlıqdan da heç üzü gülməzmiş. Qarşin Dağ-Mədən institutunda oxuyarkən 1877-ci ildə Rusiyanın Türkiyəyə qarşı təcavüzkar hərbi başlayır. Serb çaxnaşmaçılarını çoxdan dəstəkləyən çar 1877- ci il aprelin 12-də Türkiyəyə müharibə elan edir. Tələbə Qarşin "Slavyan qardaşlarımızı Osmanlı zülmündən azad edək" kimi saxta, lakin müdhiş bu çağırışa uyan minlərlə şovinist ruhlu "Xristos divanələri"nə könüllülərə qoşulub, Balkan cəbhələrinə gedir. Çox təəssüf ki, bu oyuncaq ideyaların əsiri olan əcaib, lakin güclü və mətin adamlar, onların bədii surətləri o dövr rus ədəbiyyatının gözəl, parlaq nümunələrində də görünür. Belə ədəbi qəhrəmanlar əslində başlarının bəlasını götürüb.

Vsevolod Qarşin 1877-ci ildə könüllü olaraq Rusiya-Türkiyə müharibəsində iştirak etmişdir. "Dörd gün", "Qorxaq", "Sıravi əsgər İvanovun xatirələrindən" hekayələrində çarizmin istilaçı müharibələrini pisləmişdir. "Hadisə", "Rəssamlar", "Prinsip", "Qırmızı gül", "Nadejda Nikoloyevna", "Siqnal", "Ayılar", "Gecə", "Görüş" və s. əsərlərində ictimai zülmə, ədalətsizliyə qarşı qəzəbli etiraz vardır. Əsərlərinin mövzsunu şəxsiyyətin faciəsi tutub intihar etmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]