Vulkanik günbəzlər | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Vulkanik və ya ekstruziv-eksploziv gümbəzlər müxtəlif ölçülü, hərdən yüzlərlə metr hündürlüyə çatan dəyirmi qübbəvari və sərt yamaclı relyef formaları olaraq, qatı lava kütləsinin vulkan kanalından sıxılıb çıxarılması nəticəsində yaranmışlar. Onlar özlüyündə həm geoloji (tektonik-maqmatik), həm də geomorfoloji obyektlər olub planetin qədim və müasir vulkanik-plutonik qurşaqları üçün səciyyəvidir və adətən heyrətamiz dərəcədə gözəl və cəlbedici görünüşə malikdirlər. Azərbaycan Respublikası hüdudlarında ətraf landşaftda üstünlük təşkil edən bu relyef formaları Kiçik Qafqazın şimal, şimal-şərq yamacları və cənub-şərq batımında, həmçinin Naxçıvan MR ərazisində kifayət qədər geniş inkişaf etmişlər. Bənzərsiz skulpturaya malik olan vulkanik gümbəzlərin bir qismi ölkənin geoloji irsinin siyahısında layiqincə təmsil edilmişdir.