Vyetnam Respublikası Ordusu

Vyetnam Respublikası Ordusu
Ölkə
Daxildir Vyetnam Respublikası Silahlı Qüvvələri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vyetnam Respublikası Ordusu[1] (VRO; vyet. Lục quân Việt Nam Cộng hòa; fr. Armée de la république du Viêt Nam) — Vyetnam Respublikası Silahlı Qüvvələrinin quru qoşunları. 1955-ci ildə yaranmışdır və 1975-ci ilin aprelində Sayqonun süqutuna qədər mövcud olmuşdur.[2] VRO-nun pik dövründə Cənubi Vyetnam vətəndaşlarının hər 9-dan 1-i hərbi xidmətə cəlb olunmuşdur. Nəticədə bu, nizamlı qüvvələr və daha çox könüllülərdən ibarət regional qüvvələrxalq qüvvələri milisləri ilə birlikdə ibarət dünyanın dördüncü ən böyük ordusuna çevrilmişdi.[3] Vyetnam müharibəsi zamanı 1,394,000 itki (ölən və yaralanan) verdiyi təxmin edilir.[4]

VRO Birləşmiş Ştatlarda təlim keçmiş, ABŞ ilə yaxından əlaqəli olan və yarandığı gündən münaqişədə iştirak edən postmüstəmləkə ordusu kimi fəaliyyətə başlamışdır. Onun fəaliyyət dövrü boyu bir sıra dəyişikliklər baş vermişdir. Amerikanın Vyetnama müdaxiləsi zamanı VRO natamam modernləşmə ilə müdafiə rolunu oynamağa ixtisar edilmiş[3]vyetnamlaşmadan sonra yenidən transformasiya olunmuşdur. Ölkəni tərk edən Amerika qüvvələrinin rolunu yerinə yetirmək üçün təkmilləşdirilmiş, genişləndirilmiş və yenidən qurulmuşdur.[5][6]

Bununla belə, Amerika qüvvələrinin vyetnamlaşdırma yolu ilə çıxarılması o demək idi ki, silahlı qüvvələr proqramın bütün məqsədlərini effektiv şəkildə yerinə yetirə bilməyəcəkdi. Həmçinin, VRO ABŞ-nin ölkəni tərk edəcəyi nəzərə alınaraq yerləşdirilmiş ABŞ texnikasından tamamilə asılı vəziyyətə düşmüşdü.[7] Vyetkonq ilə birbaşa rəqabətdə ikili hərbi-mülki inzibati məqsədə xidmət edən unikal[8] VRO həm də siyasi hakimiyyətin tərkib hissəsinə çevrilmişdi və daimi siyasi sədaqət təyinatları, rəhbərlikdə korrupsiya, fraksiyalararası çəkişmələr, arabir açıq daxili münaqişələr və digər məsələlərdən əziyyət çəkirdi.[9]

Sayqon Şimali Vyetnamın Vyetnam Xalq Ordusuna (VXO) süqut etdikdən sonra VRO ləğv edilmişdir. Bəzi yüksək rütbəli zabitlər ölkədən ABŞ-yə və ya başqa yerə qaçmış olsalar da, minlərlə keçmiş VRO zabiti vahid Vyetnam Sosialist Respublikasının kommunist hökuməti tərəfindən yenidən təhsil düşərgələrinə göndərilmişdi. Beş VRO generalı əsir düşməmək üçün intihar etmişdir.

  1. Orucov, Telman. 525-ci qəzet (az.). 7 oktyabr 2017. səh. 22 [anl.az/down/meqale/525/2017/oktyabr/557781.htm anl.az/down/meqale/525/2017/oktyabr/557781.htm] (#bad_url) (#bare_url_missing_title).
  2. History of the Army of the Republic of Vietnam Arxiv surəti 13 mart 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-03-13 at the Wayback Machine
  3. 1 2 Pilger, John. Heroes (ingilis). South End Press. 2001. ISBN 978-0-89608-666-1.
  4. Casualties – US vs NVA/VC (Archive)
  5. Joes, Anthony. Urban Guerrilla Warfare (ingilis). University Press of Kentucky. 2007-04-20. ISBN 978-0-8131-7223-1.
  6. Asprey, Robert. War in the Shadows: The Guerrilla in History, Volume 2. Doubleday & Co. 2002. 1021–1022. ISBN 978-0-595-22594-1.
  7. Hess, Gary R. Vietnam: Explaining America's Lost War (ingilis). John Wiley & Sons. 2015-03-25. 195. ISBN 978-1-118-94901-6.
  8. "A Brief Overview of the Vietnam National Army and the Republic of Vietnam Armed Forces (1952–1975)" (PDF). Viet-Nam Bulletin. 1969. March 18, 2009 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: October 10, 2009.
  9. Vietnam's Forgotten Army: Heroism and Betrayal in the ARVN // The SHAFR Guide Online: An Annotated Bibliography of U.S. Foreign Relations since 1600. doi:10.1163/2468-1733_shafr_sim170070021.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]