Vyetnam Xalq Ordusu | |
---|---|
Quân đội nhân dân Việt Nam | |
Yaranma tarixi | 22 dekabr 1944 | )
Ölkə | |
Daxildir | Vyetnam Xalq Silahlı Qüvvələri |
Qərargah | Milli Müdafiə Nazirliyi, Nquyen Tri Fuonq yolu nömrə 7, Badin, Hanoy |
Şüarı | Quyết thắng ("Qazanmaqda qərarlı") |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Vyetnam Xalq Ordusu (VXO; vyet. Quân Đội Nhân Dân Việt Nam, hərf. Vyetnam xalqının ordusu, QĐNDVN) — Vyetnam Sosialist Respublikasının silahlı qüvvələrinin rəsmi adı.
22 dekabr 1944-cü il Vyetnam Xalq Ordusunun (VXO) yaranma tarixi hesab olunur. Bu gün nizami qüvvələrin ilk dəstəsi yaradılmış və Vo Nquyen Zyap tərəfindən idarə edilmişdir. Bu zaman dəstə 1 yüngül pulemyot, 17 tüfəng, 2 tapança və 14 çaxmaqlı tüfənglə silahlanmış 34 döyüşçüdən ibarət idi. 1944-cü il dekabrın 24 və 25-də dəstə ilk döyüş əməliyyatlarını həyata keçirmişdir. Burada Fransa müstəmləkə qoşunlarının iki postu hücuma məruz qalmış və ələ keçirilmişdir.[1]
Daha sonra Vo Nquyen Zyap VXO-nun ilk Baş Komandanı olmuşdur.
1945-ci ilin aprelində Vyetnamın Fransa və Yaponiyadan müstəqilliyi uğrunda mübarizə aparmaq üçün Ho Şi Min tərəfindən yaradılmış hərbi-siyasi təşkilat olan Vyetmin dəstələrində vuruşan döyüşçülərin sayı minə çatmışdır. O zaman əsas hərbi komandanlıq yaradılmış və ilk komandir heyətinin hazırlanması üçün məktəblər açılmışdır.[2]
15 may 1945-ci ildə "Vətəni xilas edən" və azadlıq dəstələrinin birləşməsi nəticəsində "Vyetnam Azadlıq Ordusu" yaradılmışdır.[3][4]