Vyosa Osmani | |
---|---|
alb. Vjosa Osmani[1] | |
Doğum tarixi | 17 may 1982[1] (42 yaş) |
Doğum yeri |
|
Fəaliyyəti | hüquqşünas, siyasətçi |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Vyosa Osmani (alb. Vjosa Osmani-Sadriu 17 may 1982[1], Mitroviça[d]) — Kosovolu qadın siyasətçi, hüquqşünas, müəllim, Kosovo Demokratik Liqası sədrinin müavini, Kosovo parlamentinin spikeri, Kosovo Parlamentinin, habelə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Parlament Şəbəkəsi Şurasının üzvü.[2]
17 may 1982-ci ildə Kosovska-Mitrovitsa şəhərində anadan olmuşdur.[2][3]
Priştina Universitetinin Hüquq fakültəsində oxuyur, bakalavr dərəcəsi alır. 2005-ci ildə ABŞ-nin Pensilvaniyadakı, Pittsburq Universitetindən Hüquq Magistrini alır və 2015-ci ildə Pittsburq Universitetində doktorluq dissertasiyasını müdafiə edərək, Hüquq Doktoru dərəcəsini alır[2].
Priştina Universitetində və Kosovadakı Roçester Texnologiya İnstitutunda dərs demişdir. Pittsburq Universitetində qonaq olan professor olur.
Kosovo Respublikası Prezidentinin aparat rəhbəri, xarici siyasət məsələləri üzrə müşaviri və hüquq məsləhətçisi vəzifələrində çalışmışdır. 2008-ci il Kosovo Respublikasının Konstitusiyasını hazırlayan komissiyada prezidentin nümayəndəsi idi. 2009-cu ilin dekabrında Kosovonun müstəqilliyinin qanuniliyinə dair məhkəmə prosesi zamanı BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində hüquq qrupunun üzvü olmuşdur. 12 dekabr 2010-cu il parlament seçkilərinin nəticələrinə görə, o, Kosovo parlamentinə seçildi. 8 iyun 2014 və 11 iyun 2017 seçkilərində yenidən seçilir. 2017 seçkilərində o, 64 mindən çox səs alır. Xarici əlaqələr, diaspor və strateji investisiyalar komitəsinə və əvvəllər bir sıra digər komitələrə rəhbərlik etmişdir. 3 fevral 2020-ci ildə Albina Kurtinin razılığından sonra Kosovo Parlamentinin Baş naziri vəzifəsinə təyin edilir. Onun namizədliyinə 65 deputat səs verir. Bu mövqedə olan ilk qadın olur. Kurtinin ofisində Xarici İşlər Nazirinin portfelini alan zaman Qlauka Konyufkanı əvəz edir.
İngilis, türk və serb dillərini bilir.
Ailəlidir. Əkizlər uşaqları var.