Vırtsyavr gölü | |
---|---|
est. Võrtsjärv | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 33 m |
Eni | 14,8 km |
Uzunluğu | 34,8 km |
Sahil uzunluğu | 130,5 km |
Sahəsi | 269,19 km² |
Həcmi | 0,75 km³ |
Su tutumu | 3380 km² |
Dərin yeri | 6 m |
Orta dərinliyi | 2,8 m |
Tökülən çaylar | Vyaqi-Emayıqi, Tyanassilma, Leye |
Axan çay | Emayıqi |
Minerallaşma tipi | şirinsulu |
Yerləşməsi | |
58°16′00″ şm. e. 26°02′00″ ş. u.HGYO | |
Ölkə | Estoniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Vırtsyavr gölü (est. Võrtsjärv) — Estoniyanın cənubundakı Tartu, Vilyandimaa və Valqamaa qəzalarının sərhəddində yerləşən şirin su gölü. Sahəsi təqribən 269.19 km²-dir. Estoniyanın Çud-Pskov gölündən sonrakı ən böyük ikinci gölüdür və Estoniyanın ən böyük daxili gölüdür.
Gölün nisbətən aşağı sahilləri cənubda bataqlıq, şimalda isə qumluqlardan ibarətdir[1]. Şərq sahilində, Tamme kəndi yaxınlığında sahil aşınması vardır. Buradakı qayalar Şotlandiyada tapılan oxşarları ilə müqayisə edilən Devon balığının qalıqları vardır[2].
Gölün cənub hissəsində bir neçə kiçik ada vardır. Bunlardan yalnız Tondisaar və Pyahksaar qalıcı adalardır. Ainsaar suyun azaldığı zamanlar yarımadaya çevrilir. Heinassaar su qalxdıqda yüksək su altında qalır. Bu göllərdə suyun səviyyəsinin dəyişməsi ilə əlaqədar, orta illik fərq 1,4 m-dir. Noyabr-aprel ayları arasında göl buz təbəqəsi ilə örtülü olur[3].
Estoniyanın ən böyük qoruğu olan Alam Pedya Təbiət Qoruğu gölün şimal-şərqində yerləşir.
Dəniz səviyyəsindən yüksəklik - 33 m-dir. Orta dərinlik 2.8 m, ən dərin yeri isə 6 m təşkil edir.
Vyake-Emayıqi, Tarvastu, Tyanassilma, Ihne, Leye, Aduli və digər çaylar gölə tökülür. Vırtsyavr gölündən Çud-pskov gölünə tökülən iri Emayıqi çayı başlayır. Göl adi ilanbalığı və digər ləzzətli balıq növləri üçün çoxalma yeridir. Göldən ildə 250 tona qədər balıq tutulur.
Gölün sahilində limnoloji stansiya vardır.
Göl hövzəsi son buz dövrünə qədər mövcud olmuşdur. Sonra gölün divarını qismən aşındıran və hövzəni qismən çöküntülərlə dolduran hərəkət edən buz təbəqələri ilə sahəsi dəyişdirilmişdir. Mövcud formada göl Orta Holosendən bəri mövcuddur[4].
Göl haqqında ilk olaraq Heinrixin Livoniya salnaməsində xatırdılır, burada Vorçeqerve adlandırılır[5]. 1818-ci ildə gölün buzlü səthində Vasili Struve, Livland əyalətinin dəqiq xəritəsini tərtib etmək üçün astronomik-triqonometrik işinə başlayır. Bu da Struve Geodeziya Qövsünün təşkilində ilk addım olur[6][7].
[...] gelangten endlich an die See Worcegerwe, wo sie übers Eis zogen und mit Freuden nach Liefland kehrten.