We Can Do It! | ||
---|---|---|
| ||
Rəssam | C. Hovard Miller | |
Tarixi | 1943 | |
Üslubu | Plakat | |
Sifarişçi | Westinghouse Electric | |
Saxlanıldığı yer | ABŞ Milli Tarix Muzeyi | |
Saytı | loc.gov/item/2021669753 | |
İnventar nömrəsi | 1985.0851.05 | |
Vikianbarda əlaqəli mediafayllar |
"We Can Do It!" (azərb. Biz bunu edə bilərik!) — İkinci Dünya müharibəsi dövründə, 1943-cü ildə C. Hovard Millerin "Westinghouse Electric"də işləyən qadın işçilərdə ruh yüksəkliyi yaratmaq üçün çəkdiyi plakat. Uzun müddət hesab edilirdi ki, plakat Ceraldin Doyl adlı miçiqanlı qadın fəhlənin ağ-qara fotoşəkli əsasında yaradılıb, lakin 2015-ci ildə məlum oldu ki, plakat 20 yaşlı Naomi Parkerin ABŞ Hərbi Dəniz Qüvvələrinin Kaliforniyadakı Alamida aviabazasında çəkilmiş fotoşəklinə əsaslanıb.
Plakata İkinci Dünya müharibəsi zamanı çox az rast gəlinirdi. Plakat 1980-ci illərdə yenidən tapıldı və bir çox formalarda reproduksiya olundu. Plakat çox vaxt "We Can Do It!" adlandırılsa da, bəzən "Çəkicvuran Rozi" adlandırılırdı. 1980-ci illərdə plakat feminizm və digər siyasi məsələlərin təşviq edilməsində istifadə olunurdu.[1] Şəkil 1994-cü ildə "Smithsonian" jurnalının ön səhifəsində və 1999-cu ildə ABŞ-nin birinci sinif poçta markası kimi istifadə olunub. 2008-ci ildə plakat bir neçə Amerikan siyasətçisi üçün təşviqat materiallarında təsis edilmişdi, 2010-cu ildə isə Avstraliyanın ilk baş nazirinin qadın olması rəssam tərəfindən əks edilmişdir. Plakat Milli Arxiv və Yazılar Administrasiyasından ən çox tələb olunan 10 şəkildən biridir.[1]
Plakatın yenidən tapılmasından sonra, müşahidəçilər çox vaxt plakatı qadın işçiləri ruhlandırmaq üçün müharibə cəhdlərinə qoşulması yönündə işləndiyini iddia edirlər. Lakin müharibə zamanı plakat, yalnız 1943-cü ilin fevralında "Westinghouse" şirkətinin daxilində istifadə olunmuşdur.[2] Feministlər və başqaları plakatı bir çox müxtəlif formalarda, o cümlədən, kampaniya təşviqi, reklam və parodiyalarda istifadə etmişdi.
Yaponiyanın Pörl Harbora hücumundan sonra, ABŞ hökuməti istehsalçıları müharibə mallarını böyük miqdarda istehsal etməyə çağırdı. 1930-cu illər ərzində idarə və həmkarlar ittifaqları arasında inşa narazılıq olduğundan, böyük zavodlarında iş atmosferi çox vaxt gərgin idi. General Motors (GM) kimi şirkətlərin direktorları gərginliyi azaltmaq üçün işçiləri həvəsləndirmək istəyirdi. 1942-ci ildə GM tez bir təbliğat plakatı istehsal etdi — müharibə istehsalının sabit dərəcəsi saxlanılmasına doğru qollarını pıxtalaşdıran işçilər. Plakatda "Together We Can Do It!" (azərb. Biz bunu birlikdə edə bilərik!) və "Keep 'Em Firing!" (azərb. Onları Güllə Kimi Vur!) yazılmışdı.[3] Belə plakatların yaradılması, korporasiyalarda müharibə əhval-ruhiyyəsini qaldırıb, hasilatı artırmaq üçün lazım idi.[3]
1942-ci ildə Westinghouse Electric-in Müharibə İstehsalı Əlaqələndirmə Komitəsi reklam agentliyi vasitəsilə, şirkətin işçilərini plakatda göstərmək üçün Pittsburq rəssamı C. Hovard Milleri cəlb etdi.[1][4] Plakat layihəsinin məqsədi, işçiləri ruhlandırması, davamsızlığın azaldılması, əmək iğtişaşlarının və ya fabrik tətillərinin ehtimalını aşağı salmaq idi. Miller tərəfindən hazırlanmış 42-dən çox plakat hər iki həftədən bir fabrikdə nümayiş olunub, sonra sıra növbəti plakatla əvəz olunurdu. Plakatların əksəriyyətində kişilər nümayiş olunmuşdu; plakatlar kişilər və qadınlar üçün ənənəvi rolları vurğulayırdı. Plakatların birində gülümsəyən kişi meneceri "Any Questions About Your Work? … Ask your Supervisor." (azərb. İş haqqında suallarınız?... Nəzarətçinizdən soruşun.) mesajı ilə təsvir olunmuşdu.[1][2]
559×432 mm ölçüsündə olan "We Can Do It!" plakatı 1800 nüsxədən artıq çap edilməmişdir.[1] İlkin olaraq plakat İst Pittsburq, Pensilvaniya, və Midvestin bir neçə "Westinghouse" fabriklərindən kənarda görünməmiş, 1943-cü il 15 fevraldan başlayaraq iki beşgünlük iş həftəsi üçün nümayişi planlaşdırılırdı.[1][5][6][7][8] Hədəfdə olan fabriklər "Micarta" ilə hopdurulmuş və plastiklənmiş dəbilqə içliyini hazırlayırdı. Müəssisədə məşğul olan qadınların əksəriyyəti, müharibə ərzində təxminən 13 milyon dəbilqə içliyi istehsal etmişdi.[9] "We Can Do It!" şüarı fabrik işçiləri tərəfindən təkcə qadınların gücləndirilməsi kimi edilməmişdir; plakatlar idarə səlahiyyətinin nəzarəti, işçi qabiliyyəti və şirkətin birlik təşviqi kimi istifadə olunurdu.[1] Şəkildə optimist əməkdaş, əhval-ruhiyəni artırmaq və geriləmə hasilatını saxlamaq üçün incə təbliğat kimi xidmət etmişdir.[10] Şəkildə əks olunan qırmızı, ağ və mavi geyim rəngləri, korporativ müharibə istehsal komitələrində vətənpərvərliyi artırmaq üçün tez-tez istifadə olunan taktikalardan biri idi.[1][2]
İkinci Dünya müharibəsi dövründə "We Can Do It!" plakatı 1942-ci ilin "Rosie bu Riveter" mahnısına və ya Norman Rokvellin Çəkicvuran Rozi rəsminə bağlı deyil idi. Müharibə dövrünün filmləri, qəzetləri, şəkilləri və plakatlarında "Rozi"nin göstərilməsi ilə qadınların böyük işçi qüvvəsi olmasının vətənpərvərlik baxımından müstəsna əhəmiyyəti vurğulanırdı.[11][12] "Rozi" bəzən feminist qadın obrazı kimi qəbul edilsə də, bu obrazın mesajı hamıya aydın idi. "Rozi"nin portretinin üzərində "Biz bunu edə bilərik!" sözlərinin yazılması təkcə qadınlarda özünə inam deyil, okeanın o tayında, eləcə də Asiyada milyonlarla amerikalının döyüşdüyü müharibədə qələbəyə inam mesajı göndərirdi.[10]
Rokvellin simvolik "Çəkicvuran Rozi" rəsmi ABŞ Xəzinədarlıq Departamenti tərəfindən plakatlar və müharibə istiqrazlar təşviq kampaniyalarında istifadə olunmuşdur. Müharibədən sonra, müəllif hüquqlarına görə Rokvellin rəsmi tədricən ictimai yaddaşdan çıxdı. Bu qorunma orijinal rəsmin dəyər qazanması ilə nəticələndi — 2002-ci ildə rəsm təxminən $5 milyon ABŞ dollarına satıldı.[13] "We Can Do It!" rəsminin qorunmaması "Çəkicvuran Rozi" rəsminin dirçəlişdə yaşama səbəblərindən biridir.[6]
İddia olunur ki, Miller "We Can Do It!" plakatını 1942-ci ildə Ann Arbor, Miçiqanda fabrika işçisi olan 17 yaşlı Ceraldin Hoffun fotoşəklindən əsaslandırmışdı.[11][14][15] Fotoda başında polka-nöqtəli bandana olan Hoffun, metal-ştamplama maşın üzərində əyilib və əlləri ilə cihazı möhkəm idarə olunması əks olunub.[15] Hoff publik fotoşəkil çəkildiyindən sonra zavod işini tərk etmişdir; O, metal damğalama maşının əvvəlki operatorın əlini yaralamasını eşitmişdi və violonçel çalmaq bacarığını itirmək istəmirdi.[11] Hoff digər fabrikada tabelçi kimi yeni bir işə düzəlmişdi.[16]
Miller plakatda yeni təfsir yaratmaq üçün Hoffun sağ əlində sıxdığı yumruq, onun sol əliylə sağ qolundakı köynəyin qolunu qatlaması kimi çəkmişdir. Miller Hoffun başını izləyicələrə çevirib, onu daha əzələli etdi. O, həmçinin onun yaxasına "Westinghouse" əməkdaş şəxsiyyət nişanı qoymuşdu.[1][17] Hoff bu haqqda heç bir şey bilmirdi; O, Millerin plakat yaratmasından xəbərsiz idi.[11] Hoff 1943-də evləndi və Ceraldin Doyl oldu.[11]
"Westinghouse" tarixçisi Çarlz A. Ruxun sözlərinə görə, O, rəsmin Doyla bağlantısına şübhə ilə yanaşır. O, Millerin fotoşəkillərdən deyil, əksinə canlı modellərdən iş yaratmağı sevirdi. "Rosie the Riveter: Women working on the home front in World War II" kitabının müəllifi Penni Kolmanın sözlərinə görə, O və Rux, Millerin Doylu fotoşəkildə olub-olmadığını müəyyən edə bilməmişdilər.[18]
1982-ci ildə "We Can Do It!" plakatı "Poster Art for Patriotism's Sake" məqaləsi Washington Post Magazine jurnalında dərc olunmuşdur.[19] Doyl 1984-cü ilə qədər "We Can Do It!" plakatının modeli olduğunu bilmirdi; O, özünü Modern Maturity jurnalının məqaləsində görmüşdü.[20] Doyl əvvəl özünü görməsə də, plakatda özünü tanımışdı.[14]
Sonrakı illərdə, plakat feminizmi təşviq etmək üçün yenidən mənimsənilmişdi. Feministlər rəsmi qadın səlahiyyətlərin təcəssümü kimi görürdülər.[21] Tarix professor Ceremiah Akselrod rəsmi qadınlığın kişilik kompoziyası və bədən dili ilə birləşməsi kimi izah etmişdir.[22]
"Smithsonian" jurnalı 1994-cü il mart ayında oxucuları müharibə plakatlar haqqında məqaləyə cəlb etmək üçün rəsmi ön səhifəsinə yerləşdirmişdi. fevral 1999-cu ildə ABŞ Poçt Servisi rəsm əsasında, "Qadın Dəstəyi Müharibə Cəhdlərində" ifadəsini əlavə edib, 33 ¢ poçt markası yaratmışdır.[23][24][25] 1943-cü ilin plakatı Amerika tarixi milli muzeyində, 1930-cu və 1940-cı illərin əşyaları kimi sərgilənmişdir.[26]
Doylun populyarlığı rəsmlə əlaqədar olduğundan məşhurlaşmışdır. O, zaman zaman Miçiqan Qadın Şöhrəti Zalına gedib, plakatlarda öz imzasını yazırdı. Doylun sözlərinə görə, onun gəncliyində özünün tanınmaması yaxşı hal idi: "Mən bu qədər həyəcana dözə bilməzdim".[11]
Hal-hazırda plakat İkinci Dünya müharibəsi zamanı müəyyən məqsədini keçib, çox tanınmış olmuşdur. Plakat bəzəkli köynək, döymə, qəhvə fincan və soyuducu maqnitlərə kimi işlənib, Vaşinqton Post bunu Vaşinqtonda "ən çox məruz olunan" suvenir adlandırıb.[1] 2008-ci ildə ABŞ-də seçkiləri zamanı plakat müxtəlif regionlarda Sara Peylin, Ron Pol və Hillari Klintonun təbliğatında istifadə edilmişdir.[9]
2010-cu il iyunda Culiya Qillard Avstraliyanın ilk qadın baş naziri olduqdan sonra, "Phoenix" adlı Melburn küçə rəssamı Qillardın üzünü "We Can Do It!" plakatının qara-ağ versiyasına yerləşdirmişdi.[27] Another Magazine jurnalı həmin plakatın fotoşəkilini 2010-cu il iyulda dərc etmişdir.[28][29][30] 2011-ci il martda "Phoenix" həmin rəsmin rəngli versiyasını yaradıb, plakata "She Did It!" (azərb. O, Etdi!) sözlərini,[31] 2012-ci il yanvarda isə diaqonalca "Too Sad" (azərb. Çox Qəmgin) ifadəsini artırıb, Avstraliya siyasətinə qarşı məyusluq fikrini ifadə etmişdi.[32]
Utne Reader jurnalı Marc Simpsonu "We Can Do It!" jurnalın Yanvar-Fevral 2011 nəşrində parodiya kimi dərc etmişdir.[33] 2011-ci ildə Birinci qisasçı filminin sonu üçün, "We Can Do It!" plakatının stereoskop (3D) versiyası yaradılmışdır.[34]
Ad Council-un iddiasına görə, plakat 1942-ci ildə Müharibə Reklam Komitəsi tərəfindən, "iki milyon qadını" müharibə istehsal cəlb etmək üçün yaradılmışdır.[35][36][37] 2012-ci il fevralda Ad Council-un 70 illik yubileyi qeyd olmasına aid, "Rosify Yourself" (azərb. Özünü Rozi Elə) adlı Feysbuk Platformasını yaratmışdı.[38] "Today" televiziya verilişinin işçiləri, aparıcılar Mett Loyer və Enn Karri "Rozi"ləşmiş şəkillərini öz saytına yerləşdirmişdilər.[39] Lakin, Seton Holl Universitetinin professoru Ceyms C. Kimbl və Pittsburq Universitetinin professoru Lester C. Olsonun araşdırmalarına görə, plakat nə Ad Council tərəfindən, nə də müharibə istehsal cəlb etmək üçün yaradılmışdır.[1]
Working in tandem with the Office of War Information, the Ad Council created campaigns such as Buy War Bonds, Plant Victory Gardens, 'Loose Lips Sink Ships,' and Rosie the Riveter's 'We Can Do it.'