Wurfrahmen 40

Wurfrahmen 40
Şəkil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Wurfrahmen 40 (Azərbaycan dilində atış çərçivəsi 40) — Nasist Almaniyası ordusu olan Vermaxt tərəfindən İkinci Dünya Müharibəsi zamanı istifadə edilən özüyeriyən artilleriya sinifli maşındır. O, SdKfz 251 yarımtırtıllı avtomobilin şassisinin yan tərəflərinə yerləşdirilən 300 mm-lik reaktiv yaylım atəşi qurğusunun konstruksiyalarından ibarət idi. Çoxlüləli reaktiv yaylım atəşi qurğusu Nebelverfer modelindən qat-qat effektiv idi. Qısa adı Stuka zu Fuss (Azərbaycanca: Ayaqlı Stuka və ya Yeriyən Stuka) idi. 300 mm-dən əlavə, bu silah 280 mm partlayıcı və 320 mm yandırıcı bomba da ata bilirdi. Atılan raketlər nə qədər geniş əraziyə yayılsa da, başlarında yerləşdirilmiş olan güclü partlayıcılara görə düşdüyü ərazidə çox effektiv olurdular.

Müharibədən əvvəl Almaniya da SSRİ kimi raketlərlə təcrübə aparırdı. Topların istehsalı asan görünsə də, raket istehsalının daha asan və daha ucuz olacağı ehtimalına görə, almanlar raket istehsalına diqqət yetirdilər. Artilleriya mərmiləri ilə müqayisədə raket mərmiləri daha yüngül, geri çəkilməsiz və tökməsiz idilər.

İlk istehsal edilən raketlər Almaniya istehsalı olan Schweres Wurfgerät 40 (heavy throwing apparatus 40; ağır atma aparatı 40) və Schweres Wurfgerät 41 reaktiv yaylım atəş sistemlərindən buraxılmışdırlar. Bu aparatlar 180 funt gücündə yüksək partlayıcı və ya 196 funt gücündə yandırıcı bomba atırdılar. Bu raketlərin diametri 280 mm və 320 mm olub, çəkləri 90 və 98 kiloqram idi. Schweres Wurfgerät 40 (Wurfgestell 40) yalnız ağacdan hazırlanmış, Schweres Wurfgerät 41 (Wurfgestell 41) isə taxta və ya poladdan hazırlanmış olan çərçivə şəklində idilər. Schweres Wurfrahmen 40 isə yan tərəfləri bu çərçivələrlə təchiz edilmiş yarı paletli bir avtomobil idi. Hər bir avtomobildə 6 çərçivə mövcud idi. Bunlar hər biri 3 ədəd olmaqla avtomobilin sağ və sol tərəflərinə quraşdırılmışdırlar. Raketlər bu çərçivələrin içərisində aparılır və atılmazdan əvvəl müəyyən bir bucaq altında tənzimlənirdi. Zəruri hallarda bu çərçivələr avtomobildən çıxarılaraq müəyyən bucaq altında yerə qoyularaq atılırdılar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]