Xırdaçiçək sibbaldiya

Xırdaçiçək sibbaldiya (lat. Sibbaldia parviflora) — sibbaldiya cinsinə aid bitki növü.

Qısa morfoloji təsviri

[redaktə | vikimətni redaktə et]

Çoxillik, oduncaqlı kökümsovlu, hündürlüyü 3–6 sm olan bitkidir. Yarpaqları saplaqlı, üçlü, uzunsov-kəmərvari və ya tərsyumurtavari-kəmərvari, yuxarı hissədə üç dişcikli, hər iki tərəfdən sıx tükcüklüdür. Çiçəkləri 3–8 çiçəkli başcıqlı və ya qalxanvari çiçəkqrupundadır. Kasayarpaqları lansetvari və ya uzunsov-yumurtavari, iti, xarici daxildə olanlardan 2 dəfə qısadır. Ləçəkləri 2–2,5 mm uzunluqda, sarı rənglidir.[1]

BQ şərqi, BQ Quba sahəsinin alp və subalp qurşaqlarında yayılmışdır. Çəmənlərdə və yaylaqlarda bitir.[2]

  1. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva, Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  2. Флора Азербайджана. Баку: Изд. АН Азерб. ССР, 1950–1961, Т. I–VIII.