Xırdayarpaq ağcaqayın | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Yarımnöv: Xırdayarpaq ağcaqayın |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Xırdayarpaq ağcaqayın (lat. Acer pictum subsp. mono) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin acer pictum növünə aid bitki yarımnövü.
Yaponiya, Koreya, Çin, Monqoliyada bitir.
Hündürlüyü 20–25 m-ə çatan, piramidal — şaxələnmiş çətirli, yarpağı tökülən ağacdır. Qabığı hamar, sonradan isə sarı-boz olur. Yarpaqları beş və ya yeddi pərli, eni 8–15 sm, hər tərəfdən yaşıl, zəif və ya mərkəzinədək kəsik, kənarları hamar, alt tərəfi tükcüksüz və ya əsas borucuqlarda yumşaq tükcüklüdür. Pərləri üçkünc, bərabər, ucu bizdir. Saplaqları uzundur. Payızda sarı, qırmızı rəng alır. Çiçəkləri sarı, salxımlara yığılmış, çiçək saplaqlarında 4–6 sm-dir. Yarpaqlarla eyni vaxtda və ya əvvəl əmələ gəlir. Bir ağacda ancaq erkək və ya ancaq dişi çiçəkləri olur. Tumurcuqları qışda tünd qırmızıdır. Aprel-mayda çiçəkləyir, sentyabrda meyvə verir. Meyvəsi cüt- cüt uzanmış qanadcıqlı, eni 1–1,5 sm, uzunluğu 3–3,5 sm, hamar qozanın uzunluğu 1–1,3 sm və eni 8–10 mm-dir. Qanadcıqları müxtəlif bucaqlar altında yerləşmişdir.
Meşələrdə, qayalıqlarda, dağlarda, dəniz səviyəsindən 1800 metr hündürlüklərdə bitir. Çox tez uyğunlaşır, nəmişli drenajlı torpaqlarda, zəif günəşli ərazilərdə bitir.
Bakıda, Gəncədə, Qalaltında mədəni şəraitdə park və bağlarda becərilir.
Meyvələri yeməlidir, tərkibində şəkər vardır, müxtəlif siropların hazırlanmasında istifadə edilir. Tək əkinlərdə istifadəsi məqsədəuyğundur.