XVII Lüdoviq | |
---|---|
fr. Louis XVII | |
| |
Vəzifədədir | |
4 iyun 1789-cu ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 mart 1785[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 iyun 1795[1][2][…] (10 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | |
Atası | XVI Lüdovik |
Anası | Mariya Antuanetta |
|
|
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
XVII Lüdoviq Normandiya hersoqu Luis Çarlz (Louis-Charles) və ya vəliəhd Louis Charles (1789–1793) (Fransızca Louis Charles, Duc de Normandie ya da Louis Charles de France) olaraq da tanınır (27 mart 1785[1][2][…], Versal – 8 iyun 1795[1][2][…], Paris, Birinci Fransa Respublikası) — Kral XVI Lüdovik və Kraliça Mariya Antuanettanın ikinci oğlu. XVI Lüdoviq edam edildikdən sonra, kral tərəfdarları tərəfindən taxtın varisi elan edildi və 1793-cü ildən ölənə qədər Fransa kralı olmuşdur.
Louis-Charles adı altında vəftiz edildi. Qardaşı Lui-Cozef inqilabın başlamasından dərhal sonra 1789-cu ilin iyununda öldükdən sonra vəliəhd kimi Normandiya hersoqu titulu almışdır. 10 avqust 1792-ci ildə baş verən xalq üsyanı nəticəsində Fransadakı monarxiya rejiminin süqutundan sonra, kral ailəsinin digər üzvləri ilə birlikdə Parisdəki Le Temple həbsxanasında həbs edilmişdir. Atası 21 yanvar 1793-cü ildə edam edildikdən dərhal sonra sürgün edilmiş fransız zadəganları (émirgés) tərəfindən dərhal Fransa kralı elan edilmişdir.
Bu vaxt, Avstriya və Prussiya ilə müharibə vəziyyətində olan inqilabi hökumətin düşmənləri ilə bazarlığında dəyərli bir girov halına gələn Lüdoviq, 1793-cü il 3 iyulda anasından alındı və Antuan Simon adlı bir satıcıya verildi. Mariya Antuanetta 16 oktyabr 1793-cü ildə gilyotinlə edam edildi. Lüdoviq 1794-cü ilin yanvarında yenidən Le Temple həbsxanasında həbs edildi. Həbsxanadakı pis şərait səbəbiylə səhhəti sürətlə pisləşən Lüdoviqin ölümü yenidən mühüm bir siyasi qüvvəyə çevrilən monarxiya tərəfdarları üçün ağır bir zərbə oldu. Araşdırma nəticəsində Lüdoviqin limfa düyünləri vərəmindən öldüyü aydın oldu.
Lüdoviqin həyatının son dövrü haqqında məhdud məlumatlar müxtəlif şayiələrə səbəb olmuşdur. Bəziləri vəliəhdin əslində ölmədiyini və həbsxanadan qaçdığını, bəziləri isə zəhərləndiyini iddia etdi. Bu iddialar sonrakı illərdə otuzdan çox insanın XVII Lüdoviq olduqları iddiası ilə meydana çıxmasına səbəb oldu.