Xakasiya bayrağı

Xakasiya Respublikasının bayrağı
Təfərrüatlar
Proporsiya 1:2
Dizayner

S. A. Donskov, Q. A. Vyatkin



25.11.2002 — 24.09.2003



23.12.1993 — 25.11.2002



6.06.1992 — 23.12.1993
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xakasiya bayrağıRusiya Federasiyası Xakasiya Respublikasının dövlət rəmzidir.

Mövcud bayraq 1 oktyabr 2003-cü il tarixli 52 saylı[1] Xakasiya Respublikasının qanunu ilə təsdiq edilmiş və 1327 qeydiyyat nömrəsi ilə Rusiya Federasiyasının Dövlət Heraldik Reyestrinə daxil edilmişdir.

Xakasiya Respublikasının dövlət bayrağı dörd zolaqdan ibarət düzbucaqlı bir paneldir. Üfüqi şəkildə ardıcıllıqla düzülmüş üç bərabər zolağın üstü mavi, ortası ağ alt hissəsi qırmızıdır. Dördüncü zolaq, yaşıl rəngdə olub, üfüqi zolaqları birləşdirərək, şaquli olaraq, birbaşa şaftda yerləşir.

Yaşıl zolağın ortasında qızıl rəngli günəş işarəsi (Kainatın simvolu) var. Horizontal zolaqların hər birinin eni bayrağın eninin üçdə birini təşkil edir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

1992-2003-cü illər bayraqları

[redaktə | mənbəni redaktə et]

1992-2003-cü illərdə Xakasiya bayrağı müasir versiyası ilə tamamilə eyni görünürdü, lakin üfüqi zolaqların ardıcıllığı fərqli idi (yuxarıdan aşağıya: ağ, mavi, qırmızı).

2003-cü ildə Rusiya Federasiyası Prezidenti yanında Heraldika Şurasının təkidi ilə və Xakasiya Respublikası Prokurorunun Xakasiya Respublikası 25 noyabr 2002-ci il tarixli 68 saylı qanununun 1-ci maddəsinə etirazından sonra "Xakasiya Respublikasının Dövlət Bayrağı haqqında" "zolaqların sırası, "Rusiya Federasiyasının Dövlət Bayrağı haqqında"[2] federal konstitusiya qanunu ilə qadağan olunan Rusiya bayrağındakı zolaqların düzülüşünü təkrarlamamaq üçün dəyişdirildi.

1992-ci il bayraqda günəş işarəsi qara-ağ,[3] 1993-cü il bayraqda qızıl və ağ,[4] 2002-ci il bayraqda qızıl rəngdə təsvir edilmişdir.[5]

1992-ci il bayrağının təsviri

[redaktə | mənbəni redaktə et]

Xakasiya Respublikasının dövlət bayrağı Rusiya Federasiyası daxilindəki dövlətçiliyinin, Rusiya Federasiyası və MDB dövlətlərinin bütün təsis qurumları ilə siyasi və sosial-iqtisadi əməkdaşlığa hazır olmağın bir simvoludur.

Xakasiya Respublikasının dövlət bayrağı, hər biri bayrağın eninin 1/3 hissəsi olan bərabər üfüqi ağ, göy, qırmızı zolaqlardan ibarət düzbucaqlı üç rəngli paneldir və şaquli istiqamətdə bayraq dirəyi boyunca yaşıl zolaq da, həmçinin bayrağın eninin 1/3 hissəsinə bərabərdir.

Xakasiya bayrağının üç rəngi Rusiya Federasiyasının Dövlət bayrağının rənglərinə uyğundur və Xakasiya Respublikasının Rusiya Federasiyasının bir subyekti olduğunu vurğulayır.

Bayrağı şaqulu olaraq hər üç rəngi birləşdirən yaşıl düzbucaqlı zolaq, əbədiyyət, Xakasiya xalqlarının dostluğu və qardaşlığını simvollaşdırır, Sibirin ənənəvi rəngidir.

Yaşıl zolağın mərkəzində Xakasiya torpağında yaşamış və bu işarəni yalnız Xakasiya ərazisində tapılmış daş heykəllərdə istifadə edən insanların nəsillərinə hörmət rəmzi olan günəş işarəsi var. Günəş işarəsində mövcud olan qara rəng onu çəkənlərin müdrikliyini simvollaşdırır.

Yaşıl zolağın ortasında yerləşən günəş işarəsi iki dik rombda yazılmış dairədə həndəsi fiqurdur. Rombun diaqonallarının ölçüsü 1:7/10. Böyük diaqonalın ölçüsü bayraq zolaqlarından birinin eninə bərabərdir. Təpə nöqtələri bayrağın şaquli hissəsindən 45 ° bucaq altında yerləşir. Dairənin xarici diametri, rombun böyük diaqonalının 4/5 hissəsidir. Aşağıdakı dairələrin diametri:mrombun böyük diaqonalının 7/10, 3/5, 2/5, 1/3 hissəsi qədərdir. Üçbucaqlar (günəş işarəsinin “qulaqları”) və ilk xarici dairə qara rəngdədir. Ardından rənglər növbə ilə gəlir: ağ, qara, ağ, qara.

Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

  1. "Закон Республики Хакасия от 01.10.2003 № 52 «О внесении изменений в Закон Республики Хакасия „О Государственном флаге Республики Хакасия"»". 2020-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-25.
  2. О протесте прокурора Республики Хакасия на статью 1 Закона Республики Хакасия от 25 ноября 2002 года № 68 «О Государственном флаге Республики Хакасия»: постановление Верхов. Совета Респ. Хакасия от 19 марта 2003 г. № 603-16 // Постановления Верховного Совета Республики Хакасия, принятые на шестнадцатой сессии Верховного Совета Республики Хакасия третьего созыва 19 марта 2003 года. — Абакан, 2003. — С. 10; Вестн. Хакасии. — 2003. — № 22/23. — С.19.
  3. "Закон Республики Хакасия от 06.06.1992 № 7 «О Государственном флаге Республики Хакасия»". 2008-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-25.
  4. Закон Республики Хакасия от 23.12.1993 № 29 «О внесении изменений в законы Республики Хакасия „О Государственном флаге Республики Хакасия“ и „О Государственном гербе Республики Хакасия“»[ölü keçid]
  5. Закон Республики Хакасия от 25.11.2002 № 68 «О Государственном флаге Республики Хакасия»