Xalyazion

Xalyazion
XBT-10-KM H00.1
XBT-9-KM 373.2[1][2]
DiseasesDB 6009
MedlinePlus 001006
MeSH D017043
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xalyazion(qəd. yun. χαλάζιον (tələffüzü - xalazion) — düyün) — göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin irinli iltihabıdır.

Xəstəlik əksər hallarda immuniteti zəifləmiş olan insanlarda (adətən uşaqlarda) və ya badamcıqlarının, burunun əlavə boşluqlarının iltihabı, dişlərdə olan xəstəliklər, qurd invaziyaları, şəkərli diabet və s. xəstəliklər fonunda baş verir.

Xəstəlik ilkin olaraq göz qapağı kənarında ağrılı nöqtənin əmələ gəlməsi ilə başlayır. Sonra onun ətrafında şişkinlik və qızartı əmələ gəlir və göz qapağı şişir. 2-3 gündən sonra göz qapağı kənarındakı şişkinlik sahəsində sarı rəngli irinli “başcıq” əmələ gəlir və o deşildikdən sonra içərisindən irin xaric olur. Əgər göz qapağında eyni zamanda əmələ gəlmiş bir neçə itdirsəyinin birləşməsi baş verərsə, xəstənin ümumi vəziyyəti ağırlaşır. Bu zaman xəstədə temperaturun yüksəlməsi, çənəaltı və qulaqaltı limfa vəzilərinin böyüməsi kimi əlamətlər də yarana bilər. Bu halda mütləq həkim-oftalmoloqa müraciət etmək lazımdır. Müalicə antibiotiklərin köməyilə aparılır. İtdirsəyi tez-tez əmələ gəldiqdə mütləq həkim-immunoloqa müraciət etmək lazımdır. Bir neçə gündən sonra itdirsəyi adətən keçib gedir.

Bəzən də elə olur ki, itdirsəyi keçib getməyin əvəzinə göz qapağının içərisində kiçik şiş kimi qalır. Buna xalyazion deyilir. Xalyazion ağrımır, lakin kosmetik qüsura gətirib çıxarır. Xalyazion çətinliklə müalicə olunur. Buna görə də o əmələ gələn kimi dərhal həkim-oftalmoloqa (göz həkimi) müraciət etmək lazımdır.

Formalaşmaqda olan irinciyin səthinə nöqtəvi şəkildə brilliyant yaşılı (“zelyonka”), yod və ya spirt vurmaq olar. Diqqətli olun ki, antiseptik gözə düşməsin!

İrin əmələ qəldiqdə göz nahiyyəsinə isti bir şeyin (qrelka, içərisi isti qum və ya duz ilə doldurulmuş kisəcik) qoyulması yaxşı effekt verir. Dərman məhlulu ilə isladılmış pampıq və ya tənzif qoyulması məslət görülmür! Heç bir halda irinciyi sıxmaq və ya deşmək olmaz! Bu halda infeksiya gözə yayıla bilər!

İtdirsəyi müalicəsi zamanı adətən tetrasiklin və ya eritromisin məlhəmindən, 20%-li sulfasil-natrium (albusid) və ya digər müasir göz damcılarından istifadə olunur.

İlkin olaraq xalyazionu quru istilik, göz damcıları və xüsusi məlhəmlərlə müalicə etmək olar. Fizioterapiya üsullarından da istifadə oluna bilər. Bu üsullar nəticə vermədiyi halda xüsusı iltihab əleyhinə olan preparatlar istifadə olunur. Bu preparatlar xalyazionun içərisinə nazik iynə ilə yeridilir və xalyazion tədricən çəkilir.

Bu üsul da hər zaman xalyazionun tam çəkilməsi ilə nəticələnmir. Bu halda cərrahi əməliyyat aparılır. Əməliyyat bir neçə dəqiqə davam edir. Hal-hazırda bu əməliyyat lazerin köməyilə də aparılır. Lazerin vasitəsilə aparılan əməliyyat daha az travmatik olur və bu zaman tikiş qoyulmur.

Xalyazion yenidən əmələ gələ bilər. Onun əmələ gəlməsinə bir çox faktorlar təkan verir  – soyuqlama, immunitetin zəifləməsi, kontakt linzaların taxılması, şəkərli diabet, yağlı dəri, qiqiyenik qaydalarına tam riayət edilməməsi və s.

Xalyazion tez-tez əmələ gəlirsə mütləq immun sisteminizi möhkəmləndirin. Bunun üçün vitamin-mineral kopleksləri qəbul etmək, açıq havada gəzmək, yaxşı qıdalanmaq lazımdır.

  1. Disease Ontology (ing.). 2016.
  2. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.