Xarici İşlər Nazirliyi | |
---|---|
وزارت امور خارجه جمهوری اسلامی ایران | |
![]() İran Xarici İşlər Nazirliyinin möhürü | |
![]() İran Xarici İşlər Nazirliyinin emblemi | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yurisdiksiya | İran |
Yaradılma tarixi | 1821 |
Ştat sayı | 3,518 (2019)[1] |
İllik büdcəsi | 25.5 milyon İran rialı[2] |
Rəsmi saytı |
mfa.gov.ir en.mfa.ir ar.mfa.gov.ir |
İran Xarici İşlər Nazirliyi (Farsca: وزارت امور خارجه Ro: Vezārat-e Omūr-e Kharejeh) İran hökumətinin bir nazirliyidir. Nazirliyin rəhbəri İran Hökumət Kabinetinin üzvü olur. Keçmiş Xarici İşlər Naziri vəzifəsini 13 dekabr 2010-cu ildən səlahiyyətlərinin icrasına başlayan Əli Əkbər Salehi icra etmişdir. Hazırkı Xarici İşlər Naziri, 15 Avqust 2013 tarixində Prezident tərəfindən namizəd göstərildikdən sonra Məclis tərəfindən təsdiqlənən Məhəmməd Cavad Zərifdir. Mərkəzi Tehranın Bağ-i Meli səmtindədir. İndiki mətbuat xidmətinin katibi Səid Xətibzadədir.
5 sentyabr 2013-cü ildən etibarən Nazirlik, daha əvvəl İran Ali Milli Təhlükəsizlik Şurası tərəfindən həyata keçirilmiş İranın nüvə proqramı ilə bağlı hərtərəfli razılaşmanın müzakirəsinə cavabdehdir.[3]
Nazirliyin hal-hazırkı binası 1939-cu ildə tikilib.[4]