Xeyriyyə təşkilatı, ehtiyacı olanlara kömək etmək üçün qurulan qeyri-kommersiya təşkilatıdır. İnsanların pulsuz istifadəsi üçün bir xeyriyyə təşkilatı və ya xeyriyyəçi tərəfindən inşa edilən bulaq, məktəb və xəstəxana kimi tikililərə xeyriyyəçilik üçün tikilmiş binalar deyilir.
Xeyr, ərəb dilindən Azərbaycan dilinə keçən bir söz olub, mənası "qarşılıq gözləmədən edilən yaxşılıq" deməkdir.
Xeyriyyəçilik təşkilatları çox geniş sahələrdə fəaliyyət göstərirlər. Məsələn, həm yaşlılara, həm küçə uşaqlarına, həm kasıblara, həm sahibsiz heyvanlara, həm qaçqınlara, həm müəyyən bir xəstəlikdən əziyyət çəkən insanlara həm maddi baxımdan, həm də mənəvi bacuny yardım etməyə çalışan xeyriyyə təşkilatları olduğu kimi, təbiətin və ətraf mühitin qorunması üçün fəaliyyət göstərən xeyriyyə təşkilatları da mövcuddur.
Xeyriyyə təşkilatlarının fəaliyyəti, ümumiyyətlə, toplanan yardım və ianələr hesabına maliyyələşdirilir. Bundan əlavə, bəzi xeyriyyə təşkilatları hökumətlər və beynəlxalq təşkilatlar tərəfindəndə dəstəklənirlər. Bəzi xeyriyyə təşkilatlarının xərcləri onların adından yaradılan fondlar vasitəsilə təmin edilir.