Xinolin | |
---|---|
Ümumi | |
Sistematik adı | Xinolin |
Kimyəvi formulu | C9H7N |
Molyar kütlə | 129,16 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,093 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | -158 °C °S |
Qaynama nöqtəsi | 237,1 °C °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 91-22-5 |
PubChem | 7047 |
RTECS | VA9275000 |
ChEBI | 17362 |
BMT nömrəsi | 2656 |
ChemSpider | 6780 |
Xinolin(piridinbenzol)- heterotsikl sinfinə aid olan üzvi birləşmədir. Formulu C9H7N
Sənayedə xinolin daş kömür qatranından alınır. Laboratoriyada xinolin aşağıdakı metodlarla alınır:
Havada və işıqda tündləşən rəngsiz və ya sarımtıl , yağlı hidroskopik mayedir. Piridin iyinə malikdir. Spirtdə, suda və diger həlledicilərdə həll olur.
Xinolin zəif əsasi xassə göstərir, üzvi və qeyri üzvi turşularla duz əmələ gətirir: C9H7N х HgCl2 1,2 dihidroxinolin benzolun nitro birləşməsi ilə oksidləşir və yenidən xinolin əmələ gəlir:
Xinolin törəmələrini aşağıda göstərilən reaksiyalarla almaq olar:
Anilin+ krotonik aldehid → 2 –metilxinolin(xinaldin)
3-nitro-4-aminobenzol + qliserin → 6-metoksi-8-nitroxinolin
Üzvi boyaların sintezində xinolindən istifadə edilir. Eləcə də xinolin kükürd, fosfor üçün yaxşı həlledici hesab edilir. Xinolin törəmələrindən tibbdə dərman vasitəsi kimi istifadə edilir. Analitik kimyada 8-oksixinolindən reaktiv kimi istifadə edilir.