Xoakin Rodriqo | |
---|---|
isp. Joaquín Rodrigo Vidre | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 22 noyabr 1901[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 6 iyul 1999[1][2][…] (97 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, xoreoqraf, pianoçu, pedaqoq, musiqişünas, gitaraçı |
Janrlar | opera |
Musiqi aləti | piano |
Üzvlüyü |
|
Mükafatları |
|
joaquin-rodrigo.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Xoakin Rodriqo Vidre (22 noyabr 1901[1][2][…], Saqunto[d], Valensiya icması[d][3] – 6 iyul 1999[1][2][…], Madrid[3]) — I Aranxues Bağları Markesi, klassik musiqi bəstəkarı ve pianino ifaçısı.
22 noyabr 1901-ci ildə İspaniyanın Saqunto regionunda doğulmuşdur. Üç yaşında ikən difteriya xəstəliyinə yoluxmuş və nəticədə görmə qabiliyyətini əhəmiyyətli dərəcədə itirmişdir.
Doqquz yaşından etibarən solfec, skripka və piano öyrənməyə başlamışdır. 16 yaşında ikən Valensiya Konservatoriyasında kompozisiya və harmoniya dərsləri alır. İlk kompoziyaları olan — "Suite para piano", "Dos esbozos, suite para piano y violín" və "Siciliana" - adlı əsərlərini 1923-cü ildə vialonçelo üçün yazmışdır. İlk orkestr əsəri — "Juglares"i 1924-cü ildə yazmış və həmin il Valensiya və Madriddə səhnəyə qoyulmuşdur.
1927-ci ildə, bir çox ispan musiqişünas kimi Xoakin Rodriqo da Parisə köçür və orada Paris Musiqi Məktəbinə (École Normale de Musique de Paris) daxil olur. Burada Moris Ravel, Darios Miyo, Artur Oneqqer, İqor Starvinski və Manuel de Faya kimi məşhur musiqiçilərlə tanış olur. Həmçinin Xoakin Rodriqe gələcək həyat yoldaşı, osmanlı yəhidisi — sefardi Viktoriya Kamhi Arditti ilə burada tanış olur və cütlük 1933-cü ildə Parisdə evlənirlər.
1939-cu ildə, İspaniya vətəndaş müharibəsinin yekunlaşmasından sonra Xoakin Rodriqo ailəsi ilə birlikdə İspaniyaya qayıdır. Bu ərəfədə onun ilk övladı ölü olaraq doğulur. Bu hadisənin təsiri ilə dünya şöhrətli əsərini — Aranxues Konsertini (Concierto de Aranjuez) bəstələyir.
1943-cü ildə "Concierto heroíco" əsərinə görə Dövlət Bəstəkar Mükafatı, 1983-cü ildə isə Dövlət Musiqi Mukafatı ilə təltif edilmişdir. 1991-ci ildə dövrün İspaniya kralı I Juan Karlos tərəfindən əsilzadə ünvanı — Aranxues Bağları Markesi kimi təltif edimişdir. 1996-cı ildə İspaniya musiqisinə verdiyi töhfələrə görə Asturias Şahzadələri Mükafatı ilə təltif edilmişdir.
Xoakin Rodriqo 6 iyul 1999-cu ildə İspaniyanın Madrid şəhərində vəfat edib.