Xorvatiya parlamenti

Xorvatiya parlamenti
Hrvatski sabor
Loqonun şəkli
Ümumi məlumatlar
Növü bir palatalı parlament
Seçkilər
Səsvermə sistemi proporsional, faiz həddi 5%-dır; üç yer xaricdə yaşayan xorvatlar üçün, səkkiz yer milli azlıqlar üçün qabaqcadan təyin olunub
Sayt
sabor.hr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xorvatiya parlamentinin Müqəddəs Mark meydanında binası

Xorvatiya parlamenti (xorv. Hrvatski sabor) — Xorvatiyanın birpalatalı nümayəndələr və qanunverici orqanı (parlamenti). "Sabor" onun tarixi adıdır.

"Sabor" sözü slavyan mənşəlidir və məclis deməkdir. Xorvatiya parlamentinin mənasında bu söz ilk dəfə 1848-ci ildə xorvat inqilabı zamanı istifadə edildi, lakin bu Sabor çox tez dağıldı və bütün hakimiyyəti ban Yelaçiçə verildi. Yeni sabor yalnız 15 aprel 1861-ci ildə çağırıldı.

Sayları 100 ilə 160 arasında dəyişən deputatlardan ibarətdir. Sabor birbaşa ümumi gizli səsvermə yolu ilə dörd illik müddətə seçilir. Deputatların səlahiyyətləri yalnız hərbi vəziyyət dövründə uzadıla bilər.

1990—2001-ci illərin ikipalatalı saboru

[redaktə | mənbəni redaktə et]

1990-cı il Xorvatiya konstitusiyasına görə, Sabor iki palatadan ibarət idi:

  • Birbaşa seçkilərdə seçilən Deputatlar Palatası (xorv. Zastupnički dom);
  • Jupanilər palatası (xorv. Županijski dom) hansına ki, 21 jupaniya bölgə əhalisinin sayını qeydə almadan, 3 nəfər nümayəndələrini təyin edirdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]