Xorvatiyanın Milli Xalq Rəqsləri Ansamblı LADO

Xorvatiyanın Milli Xalq Rəqsləri Ansamblı LADO — 1949-cu ildə Zaqrebdə yaradılmış milli rəqs ansamblı.[1] LADO Xorvatiyanın zəngin və regional musiqili və xareoqrafik ənənələrini təmsil edir. Bu ansamblı Xorvatiyanın ən uğurlu "mədəni ixrac məhsulu" adlandırırlar. Ansambl 37 rəqqasdan təşkil olunub. B heyətin tərkibində çıxış zamanı musiqi ifadə edənlər və ənənəvi və klassik musiqi alətlərində ifa edən 15 nəfərlik musiqiçi qrupu da var. Ladonun çoxlu sayda Xorvat etnoqraf və xareoqrafları, onlarla birgə fəaliyyət göstərən folklorçular da var.

Lado ansamblının əsası bədii rəhbər və xareoqraf Zvonko Ljevakoviç tərəfindən 11 noyabr 1949-cu ildə qoyulub.[2]

Lado ansamblı bir sıra milli və beynəlxalq mükafaların və yarışların qalibi olub. 1954-cü ildə Böyük Britaniyada Llangollendə keçirilən Llangollen Beynəlxalq Musiqili Eystetvodda (musiqi festivalında) birinci yerin qalibi olub. Daha sonra Zaqreb və İrlandiyada Korkda keçirilən bir sıra yarışların qalibi oldular. Bu ansambl həm də Santyaqo, Punta Arenas, Antofoqasta, Los Anceles, FrankfurtKlivlenddə fəxri mükafatlar qazandı.

  • 2002 — Lado Avropanı ABŞ-da Xor Musiqisi üzrə VI Dünya Simpoziumunda təmsil etdi.
  • 2003 — Dubrovnik Yay Festivalının 54-cü ilində Orlando Mükafatının qalibi oldular.
  • 2004 — Varazdin Barokko Gecələrinin 34-cü illiyində Ivan Lukaçiç mükafatının qalibi oldualr.
  • 2006 — Xorvatiya mədəniyyətinin təşviqinə görə İNA Mükafatının qalibləri oldular.
  • 1987 — Narodne pjesme i plesovi sjeverne Hrvatske
  • 1994 — Telo Kristuševo, Narodi se mladi kralj'
  • 1994 — Kalvarija
  • 1998 — Iz Kajkavskih krajeva
  • 1998 — Iz Kajkavskih krajeva vol.2
  • 1998 — Iz Hrvatske narodne glazbene riznice vol.1
  • 1999 — Kolo igra, tamburica svira vol.1
  • 1999 — Kolo igra, tamburica svira vol.2
  • 1999 — O vreme prelubleno -
  • 2000 — Na moru i kraju -
  • 2000 — U društvu svirača vol.1
  • 2001 — Najljepše Božične pjesme
  • 2001 — U društvu svirača vol.2
  • 2001 — Na zelenom travniki
  • 2002 — Raspelo
  • 2003 — Preveliku radost navišćujem vama
  • 2003 — LADO electro
  • 2004 — Zorja moja zorja — Anđela Potočnik
  • 2004 — Božić u svijetu
  • 2005 — Iz Hrvatske narodne glazbene riznice vol.2'
  • 2006 — Kalvarija
  • 2007 — Polke i drmeši
  • 2007 — Tete Liza i Lado
  • 2009 — Janja — Niz Muru i Dravu

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

https://www.lado.hr - Ladonun rəsmi veb saytı.

  1. "LADO Ansambl". LADO.
  2. Shay, Anthony (2002). Choreographic politics: state folk dance companies, representation, and power. Wesleyan University Press. ISBN 0-8195-6520-2.