kənd | |
Xosrov | |
---|---|
40°01′20″ şm. e. 44°54′54″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | [[Vedibasar mahalı]] |
Rayon | [[Vedi rayonu]] |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Xosrov — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.[1]
Kusqayasu çayının yanında yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndə[2] qeyd edilmişdir.
Toponim Xosrov şəxs adı əsasında yaranmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir.
Kənddə 1873-cü ildə 155 nəfər, 1886-cı ildə 182 nəfər, 1897-ci ildə 269 nəfər, 1904-cü ildə 199 nəfər, 1914-cü ildə 388 nəfər, 1916-cı ildə 315 nəfər azərbaycanlı yaşamışdır[3].
1918-ci ildə kəndin sakinləri qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sağ qalan sakinləri öz kəndlərinə dönə bilmişdir. 1922-ci ildə 24 nəfər, 1926-cı ildə 34 nəfər, 1931-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır[3].
Kənd 1930-cu illərin ortalarında ləğv edilmişdir. İndi xaraba kənddir.
Xosrov meşəsi — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda meşə sahəsi. Bu meşəni II Xosrov ov üçün saldırmışdır[4]. Rayonda 1930-cu illərə qədər fəaliyyət göstərmiş Xosrov kəndinin ərazisində yerləşir və meşənin adı eyni adlı kəndin adi əsasında yaranmışdır. İndi dövlət statuslu qoruqdur.