Xramulya

Xramulya
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Dəstəüstü:
Ranqsız:
Ranqsız:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Cins:
Xramulya
Beynəlxalq elmi adı

Xramulya (lat. Capoeta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi.

Bədəni uzunsov, bəzən yanlardan basıq olur. Ağzı aşağıda yerləşir və böyükdür. Ağızın küncündə 1-2 cüt bığıcıqlar yerləşir, bəzi növlərdə bığıcıqlar olmur. Afrikada, Kiçik Asiyada, Zaqafqaziyada, Suriyada, İranda, Türkmənistanda, Şimali Hındistanda, Cənubi Çində yaşayan 25-ə qədər növü vardır. Azərbaycan sularında bir növü və 2 yarımnövü yaşayır.[3]

  1. Integrated Taxonomic Information System (ing.). 2005.
  2. Turan D., Kaya C., Aksu İ., Bektaş Y. Paracapoeta, a new genus of the Cyprinidae from Mesopotamia, Cilicia and Levant (Teleostei, Cypriniformes) (ing.). // Zoosystematics and Evolution: Mitteilungen aus dem Museum für Naturkunde zu Berlin Pensoft Publishers, 2022. Vol. 98, Iss. 2. P. 204–205. ISSN 1860-0743; 1435-1935 doi:10.3897/ZSE.98.81463
  3. Y.Ə.Əbdürrəhmanov . Azərbaycan Faunası . VII Cild Bakı-1996