9M123 Xrizantema | |
---|---|
Tipi | Tank əleyhinə özüyeriyən raket kompleksi |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 2005 – davam edir |
İstismara başlanması | 2005 |
İstismar edənlər |
Rusiya Azərbaycan Liviya |
İstifadə edilən döyüşlər | Liviya vətəndaş müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor | KBM |
Konstruksiya tarixi | 1996 |
İstehsalçı | KBM |
İstehsal illəri | 2005-davam edir |
Xüsusiyyətləri | |
Ağırlığı | 19.4 ton |
Zireh | 60 mm alüminium ərintisi + polad |
Sürət | 70 km/s |
Əsas silah | 15 ədəd 9M123 raket |
Köməkçi silah | 7.62 PKT pulemyotu |
Uzunluğu |
|
Ekipaj | 2 |
Vikianbarda əlaqəli mediafayllar |
Xrizantema (rus.: “Хризантема”; ing.: “Chrysanthemum”; az.: “Payızgülü”) Rusiya istehsalı tank əleyhinə özüyeriyən raket kompleksidir. Xrizantema hazırkı və gələcək nəsil tanklarla, həmçinin helikopter və digər aşağı hündürlükdə uçuş həyata keçirə bilən hava hədəflərilə mübarizə aparmaq və onları məhv etmək məqsədilə hazırlanmışdır.[1] NATO kod adı AT-15 Springer olan bu texnikada 9M123 raketlərindən istifadə olunur.
“Xrizantema-S” tank əleyhinə özüyeriyən raket kompleksi mühəndis istehkam qurğuları, hava hədəfləri, canlı qüvvələrin sığınacaqlarda və açıq meydanlardakı hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub.
“Xrizantema-S” döyüş komplektində lazer və radiosiqnalla idarə olunan 4 fərqli raket tipi, habelə axtarış radarı və optik nişangah yer alır. BMP-3 döyüş maşınlarının şassisi üzərində yerləşməsi onun manevr imkanlarını daha da artırır.
“Xrizantema-S” istənilən müdafiə səviyyəsinə malik olan tankları məhv edə bilir. Sistem tankları izləyib yerini müəyyən etmək üçün iki radara malikdir. “Xrizantema-S”in 6 min metrdən endirdiyi raket zərbəsi qarşısında heç bir tank və digər zirehli texnika davam gətirə bilməz. Həmçinin “Xrizantema-S”in raket kompleksi qalınlığı 3 metr olan beton təbəqə ilə örtülmüş dotu da darmadağın edə bilir. Hətta kompleks düşmənin desant gəmisini, saatda 340 kilometr sürətlə uçan təyyarə və helikopterinidə məhv etmək imkanındadır. Üstəlik kompleks özü saatda 70 kilometr sürətlə hərəkətdə olarkən bu hədəflərə zərbə endirə bilir. Kompleksdə bütün proseslər tam avtomatlaşdırılmışdır.
İstehsalçı ölkə: Rusiya
İstehsalçı: KBM və NİTİ
Tip: Tank əleyhinə özüyeriyən raket kompleksi
İstehsal tarixi: 2005 – davam edir
Xidmətə giriş ili: 2005 – günümüzə
Döyüş maşını: 9P157
Ağırlıq: 18.7 ton
Heyət: 2 nəfər
Zireh: 60 mm alüminium ərintisi + polad
Dalış dərinliyi: üzən
Xəndək keçmə: 2.2 m
Maneə keçmə: 0.8 m
Qalxma bucağı: 30º
Motor: UTD-29 dizel
Güc: 500 at gücü
Sürət: 70 km/saat (Şossedə), 10 km/saat (Suda)
Döyüş radiusu: 600 km
Asqı tipi: fərdi burulma bar
– 9M123 – tandem kumulyativ lazer idarəli
– 9M123-2 – termobarik radiosiqnal idarəli
– 9M123F – termobarik lazer idarəli
– 9M123F-2 – termobarik radiosiqnal idarəli
Diametr: 150 mm
Raketin uzunluğu: 2.04 m
Qanad genişliyi: 0.31 m
Raketin ümumi kütləsi: 46 kq
Buraxıcı qurğunun kütləsi: 54 kq
Buraxıcı qurğunun dönmə bucağı: -5º +15º (Şaquli); -85º +85º (Üfüqi)
Döyüş başlığının kütləsi: 8 kq (9M123); 6kq (9M123F)
Döyüş hissəsi: tandem – kumulyativ və termobarik
İdarəetmə sistemi: lazer və radiosiqnal
Zirehdəlmə qabiliyyəti: 1000 – 1250 mm
Trayektoriyada orta sürət: 400 metr/saniyə
Atış məsafəsi: 400 – 6000 m
Hədəfi vurma dəqiqliyi: 5 m
Raket sayı: 15 ədəd
– 7.62 mm “PKT” pulemyotu
Kalibr: 7.62 mm
Mərmi: 7.62×54mm R
Atış tezliyi: 750 atış/dəqiqədə
Güllənin başlanğıc sürəti: 855 metr/saniyə
Atəş məsafəsi: 1.5 km
Maksimal atəş məsafəsi: 4 km