Xscape | ||||
---|---|---|---|---|
Maykl Cekson tərəfindən ifa olunmuş studiya albomu | ||||
Yayımlanma tarixi | 13 may 2014 | |||
Yazılma tarixi | 31 mart 2014 | |||
Janr | Pop, R&B | |||
Müddət | 34:25 | |||
Dil | ingilis dili | |||
Leybl | Epik Rekords, MJJ Music | |||
Prodüser | ||||
Maykl Cekson albomlarının xronologiyası | ||||
|
Xscape — Amerikalı sənətçi Maykl Cekson tərəfindən əvvəlcədən hazırlanmış mahnılardan ibarət, ölümündən sonra işıq üzü görən sayca ikinci albomdur.[1] Albom 2014-cü il may ayının 13-də MJJ Music və Epik Rekords tərəfindən yayımlanmışdır. Bu, Ceksonun ölümündən bəri Sony və Motown şirkətlərinin buraxdığı sayca 11-ci albomdur. Alboma daxil olan mahnıların yenidən hazırlanmasında Epik Rekords şirkətinin başçısı L.A. Reid və səsyazma studiyasında çalışan profesional qrupun, başlıca olaraq, Timbalandın böyük rolu olmuşdur. Bu qrupun tərkibinə Stargate, Jerome "J-Roc" Harmon, John McClain və Rodney Jerkins daxildir. Xscape Sony şirkəti tərəfindən təqdim olundu və Sony Xperia Z2 mobil telefonunun satış reklamı üçün, bu alboma daxil olan Slave To The Rhythm mahnısından istifadə edilmişdir.[2] Albom müsbət reaksiya ilə qarşılandı. Albomun ilk çıxış mahnısı Love Never Felt So Good 2014-cü il, may ayının 1-də premyerası keçirildi.[3] Həmçinin, albomun deluxe buraxılışına mahnıların orijinal versiyaları ilə yanaşı, bir əlavə sinql və iki video daxildir.
Rəsmi olaraq, Xscape albomu 8 mahnısı ilə birlikdə martın 31-i, 2014-cü ildə yayımlandı.[4][5] Bu, Ceksonun ölümündən sonra Epic Records tərəfindən buraxılmış 2-ci albomdur.[6] Albomla eyni adı daşıyan Xscape mahnısı, Maykl Cekson tərəfindən 2001-ci ildə 10-cu studiya albomu olan Invicible üçün lentə alınmışdı.[7] Albom Amerikalı prodüser Timbaland və Epic Records'un başçısı L. A. Reid tərəfindən istehsal edilmişdir və onlara əlavə dəstək Rodney Jerkins, StarGate and John McClain tərəfindən olunmuşdur.[8] Timbaland deyirdi ki, Reid özü Cekson haqqındakı layihəni evində müzakirə etmək üçün yaxınlaşdı. Jesse Johnson, Amerikalı The Time qrupunun keçmiş baş gitaristi, daha əvvəl Mary G. Blidge, QuestLove və D'Angeloya məxsus bir mahnının elementləri üzərində çalışmışdır.[9] Lakin, mahnı albomun axırıncı mahnısı olduğuna görə müvəffəqiyyətsiz oldu. Reid deyirdi ki, onlar adlandırdıqları albomun bu adını Mayklın mirasına layiq olmasını istəyirdilər. Çünki o, həmişə öz layihələrinə ad vermək üçün albomundan bir mahnının adını götürürdü və Thrillerdən başlamaqla, yalnız bir sözdən ibarət adlar seçirdi. Bu da yeni layihənin bir həqiqətidir.[10]
"Love Never Felt So Good" ilk əvvəl 1980-cü ildə musiqiçi, bəstəkar Paul Ankanın pianoda müşaiətilə yazılmış bir mahnıdır.[11] Həmçinin, mahnının yazılmasında Johnny Mathis də iştirak etmişdir.[12] Mahnının Justin Timberlake ilə olan duet versiyası Ceksonun 1979-cu ildəki Workin Day and Night mahnısında olan zərb notlarından götürmüşdür.
"Chicago" (əvvəlki adı "She was lovin' me) 1999-cu ildə "Invincible" albomu üçün hazırlanmış, amma alboma daxil etmək mümkün olmamışdır.
"Loving You" 1985–1987-ci illərdə "Bad" dövründə yazılmışdır.
"A Place With No Name" 1998-ci ildə yazılmış və lentə alınmışdır. Mahnı Amerikalı rok qrupu Americanın "Horse With No Name" adlı mahnısını xatırladır. Mahnının 24 saniyəlik kiçik bir hissəsi TMZ tərəfindən 2009-cu ilin iyul ayında mediaya sızdırıldı, amma mahnının bütöv versiyası isə 2013-cü ilin dekabr ayında internetə düşdü.[13]
"Slave To The Rhythm" 1989-cu ildə "Dangerous" dövründə yazılmışdır. Mahnının "Michael" albomu üçün nəzərdə tutulmuş Tricky Stewart remix versiyası 2010-cu ildə mediayua sızdı. Justin Bieber Mayklın vokal səsləri ilə hazırlanmış duet versiyası da 2013-cü ilin avqust ayında mediaya düşdü. Sonradan The Michael Jackson Estate şirkəti də mahnının yayımlanmasına icazə verilmədiyini bildirib.[14]
"Do You Know Where Your Children Are" 1984-cı ildə "Bad" dövründə yazılmışdır, amma mahnı üzərində düzəlişlər olunmamışdır.
"Blue Gangsta" 1998-ci ildə yazılmış və lentə alınmışdır, lakin bu mahnını da "Invicible" albomuna əlavə etmək mümkün olmamışdır. Mahnıya reper Tempamental tərəfindən düzəlişlər edilmiş və 2006-cı ilin sonlarında Ceksonun icazəsi olmadan MySpace veb səhifəsində yayımlanmışdır. "Gangsta(No Friend of Mine)" adlı yeni versiya Pras of the Fugees ilə birlikdə duet oxunmuşdur.[15]
"Xscape" 1999-cu ildə "Invincible" albomunun səsyazmaları zamanı yazılmış və lentə alınmışdır. Amma albomu tamamlamaq mümkün olmamış və mahnı həmin alboma daxil edilməmişdir. Mahnı yalnız 2001-ci ildə tamamlanmış, həmin ildə də internetə sızmışdır. Mahnıya produsser Rodney Jorkins tərəfindən yeni forma verilir və "You Are Rock World" mahnısının nümunəsi kimi təqdim edilir.
№ | Başlıq | Yazar(lar) | Müddət |
---|---|---|---|
1. | "Love Never Felt So Good" | Michael Jackson, Paul Anka | 03:54 |
2. | "Chicago" | Cory Rooney | 04:05 |
3. | "Loving You" | Jackson | 03:15 |
4. | "A Place With No Name" | Jackson - Dewey Bunnell - Dr. Freeze | 05:35 |
5. | "Slave To The Rhythm" | L.A. Reid - Babyface - Daryl Simmons - Kevin Roberson | 04:15 |
6. | "Do You Know Where Your Children Are" | Jackson | 04:36 |
7. | "Blue Gangsta" | Jackson - Dr. Freeze | 04:14 |
8. | "Xscape" | Jackson - Rodney "Darkchild" Jerkins - Fred Jerkins III - LaShawn Daniels | 04:05 |