Xustup dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 3206 m |
Yerləşməsi | |
39°08′08″ şm. e. 46°19′53″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Vilayət | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Xustup — Qafan rayonu ərazisində yerləşən zirvə. Kiçik Qafqaz dağlarının Zəngəzur silsiləsində yerləşir. Hündürlüyü 3206 metrdir.
Zəngəzurun Türk-Azərbaycan mənşəli toponimiyasında diqqəti çəkən coğrafi adlardan biri də Xustup dağıdır. Bu dağ Qafan/Qapan rayonunun Naxçıvanla həmsərhəd olduğu ərazisidir. "Oğuz təpə"si mənasını ifadə edən bu söz müəyyən morfoloji dəyişikliyə uğrayaraq Xustup şəklinə düşüb. Bunu da əlavə edək ki, lap qədim zamanlardan oğuzlarda dağ, təpə, hündür yerə tapınma olub. Təpəciklərə, təpə qəbirlərə "Oğuz kurqanı", "Oğuz təpəsi" deyilib. Bir çox əski türkdilli xalqlarda dağ, təpə ən böyük inamlardan biri olub. Hətta böyük dağları, təpələri bu və ya digər türkdilli xalq əcdad kimi qəbul edib. "Xustup" sözünün ikinci tərəfi olan "tup" komponenti "təpə" sözünün qalığıdır. Yəni nitq fəaliyyətində "Oğuz təpə" birləşməsi sadələşərək Xustup formasına düşüb. Nəhayət, bu ərazidə onlarca oğuz mənşəli etnotoponimin varlığı dediyimiz fikri təsdiq edir