Xviça Biçinaşvili | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||
Tam adı | Xviça Biçinaşvili | |||||||
Vətəndaşlığı |
![]() ![]() |
|||||||
Doğum tarixi | ||||||||
Boyu | 175 sm. (5 ft 6 in) | |||||||
İdman növü | Güləş | |||||||
Karyera illəri | 1987—2004 | |||||||
Medallar
|
Xviça Biçinaşvili (28 yanvar 1974) — 1993-1998-ci illərdə Gürcüstanı, 2000-2004-сü ildə isə Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.[1]
Xviça Biçinaşvili 1994-1997-ci illərdə Dünya və Avropa Çempionatlarında çıxış eləsə də uğurlu nəticələrə imza ata bilmədi.[2]
1998-ci ildə Belarusda baş tutan Avropa Çempionatının final görüşündə rəqibinə məğlub olaraq turniri gümüş medalla başa vuran Xviça Biçinaşvili həmin il İsveçdə Dünya Çempionatını yeddinci pillədə başa vurdu.[2] Bundan sonra bir müddət Dünya və Avropa Çempionatlarında mübarizə apara bilməyən Xviça Biçinaşvili 2000-ci ildə Azərbaycan bayrağı altında beynəlxalq turnirlərlə çıxış etdi.[2] Dünya Olimpiya Təsnifat Turnirlərinin nəticələrinə əsasən Xviça Biçinaşvili olimpiya lisenziyasına sahib oldu.[2]
2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan olimpiada da Xviça Biçinaşvili uğursuz çıxış etdi.[3] Qrup mərhələsinin birinci görüşündə Xviça Biçinaşvili Cənubi Koreya nümayəndəsi Kim İn-So ilə üz-üzə gəldi.[3] Həmin görüşdə Xviça Biçinaşvili rəqibinə 2:4 hesabı ilə məğlub oldu və növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını itirdi.[3] Növbəti görüşdə isə onun rəqibi Dünya və Avropa Çempionatlarının qalibi Türkiyə nümayəndəsi Nazmi Avluca oldu.[3] Bu görüşdə Xviça Biçinaşvili rəqibinə 0:4 hesabı ilə məğlub oldu və olimpiadanı 16-cı pillədə başa vurdu.[3]
![]() | ||||
Dünya Çempionatı | ![]() |
|||
Avropa Çempionatı | ![]() |
|||
Dünya Çempionatı | ![]() |
|||
Avropa Çempionatı | ![]() |
|||
Dünya Çempionatı | ![]() |
|||
![]() | ||||
Dünya Olimpiya Təsnifat Turniri | ![]() |
|||
Dünya Olimpiya Təsnifat Turniri | ![]() |
|||
Dünya Olimpiya Təsnifat Turniri | ![]() |
|||
Olimpiya Oyunları | ![]() |
|||
Dünya Olimpiya Təsnifat Turniri | ![]() |