Xınagülü | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Xınagülü |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Xınagülü (lat. Impatiens) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin balzaminkimilər fəsiləsinə aid bitki cinsi. Birillik otdur. Yarpaqları növbəli düzülür. Çiçəkyanlığı ikiqat, kasacığı mahmızvari ləçəkdir. Meyvəsi şirəli qutucuqdur; toxunduqda partlayır və toxumlar kənara səpələnir. Tropik Asiya, Afrika, Avropa və Amerikada 400-dək (başqa məlumata görə 700-dək), keçmiş SSRİ-də 8, o cümlədən Azərbaycanda 2 növü var. Dekorativ bitkidir. Yarpaq və çiçəyi yun boyamaqda (qırmızı və sarı) işlədilir. Xalq təbabətində istifadə olunur.[3]