Xırt | |
---|---|
41°08′00″ şm. e. 48°35′14″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 145 (2009) nəfər |
Xırt — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir[1].
Xırt oyk., sadə. Quba r-nunun Güləzi i.ə.v.-də kənd. Yan silsiləsinin ətəyindədir. Tədqiqatçılara görə, oykonimin əsli Sırtdır. Qədim türk dillərində sırt "sıra dağlar", "yal", "yayla", "qaya", "yüksək sıldırım sahil" və s. mənaları bildirir. Bu coğrafi termin Orta Asiya, Qazaxıstan, Sibir, Volqaboyu, Ural, Qafqaz, Kiçik Asiya, Balkan toponimiyasında da işlənir. Xırt tat dilinin Qonaqkənd ləhcəsində "sıldırım qaya, dağ" mənasını bildirir. Lakin Quba rnunun toponimiyasında "sırt" termini (Sırt Çiçi) olduğu kimi də işlənməkdədir. Xırt isə qəd. türk dillərində "köhnə" mənasını, müasir türk dillərində isə xırt/xurt/qurt variantında "yaşayış məntəqəsi" mənasını bildirir.[2]
Xırd sözü fars dilində kiçik, zərrə, balaca mənasını bildirir.
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |