Xəyallar hara gətirə bilər | |
---|---|
ing. What Dreams May Come | |
Janr | fentezi, dram, melodram |
Rejissor | Vinsent Uord |
Prodüserlər |
Stiven Doyç Alan S. Blomkvist |
İcraçı prodüserlər |
Ronald Bass Ted Fild Erika Haggins Skott Krupf |
Əsərin müəllifi | Riçard Metison |
Ssenari müəllifi | Ronald Bass |
Baş rollarda |
Robin Vilyams Kyuba Qudinq, kiçik[ing.] Annabella Şıorra[ing.] Maks fon Südov |
Operator | Eduardu Serra |
Bəstəkar | Maykl Keymen |
Quruluşçu rəssam | Euxenyo Sanetti |
Montajçı | Devid Brenner[d] |
İstehsalçı | Interscope Communications |
Distribütorlar |
PolyGram Filmed Entertainment Netflix FandangoNow |
İlk baxış tarixi | 2 oktyabr 1998 |
Müddət | 113 dəqiqə |
Büdcə | 85 000 000 $ |
Gəlir | 55 382 927 $ |
Ölkələr |
ABŞ Yeni Zelandiya |
Dil | ingilis |
İl | 1998 |
Rəng | rəngli |
Çəkiliş yeri | Venesuela, ABŞ |
IMDb | ID0120889 |
Mükafatları | 1 Oskar |
Xəyallar hara gətirə bilər (ing. What Dreams May Come) — Riçard Metisonun eyniadlı əsəri əsasında Vinsent Uord tərəfindən çəkilmiş fentezi-dram filmi.
Film ən yaxşı vizual effektlər nominasiyasında Oskar mükafatının laureatı olmuşdu.
Kris və Enni tətildə olarkən tanış olurlar. Aşiq olduqdan sonra evlənirlər, vaxt keçdikcə bir oğul və bir qızları da olur. Amma bir gün hər iki övladını avtomobil qəzasında itirirlər. Enni depressiyaya düşür, Kris isə unutmağa çalışaraq pediatr peşəsinə çoxlu vaxt ayırır.
Dörd il sonra Kris də avtomobil qəzasına düşərək dünyasın; dəyişir. Ruhu arvadı Enninin yanında qalır, Enni bunu hiss edir, lakin psixikası dözmür. Buna görə Kris onu tərk edir və cənnətə düşür.
Bir müddət sonra tam tənhalığa dözə bilməyən Enni intihar edir. Bu ölümcül günaha görə onun ruhu cəhənnəmə düşür. Bundan xəbər tutan Krisin ruhu arvadını axtarmağa başlayır.