Yəmən əyaləti | |
---|---|
13°19′ şm. e. 43°15′ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1517 |
Ləğv edilib | 1872 |
Yəmən əyaləti (ərəb. إيالة اليمن ; osman. ایالت یمن) — Osmanlı İmperiyasının əyaləti (vilayət). Formal olaraq imperiyanın ayrılmaz hissəsi olsa da, uzaq əyaləti idarə etmək çox çətin idi. 17-ci əsrin əvvəllərində əyalət tamamilə Yəmən Zeydi dövləti tərəfindən ələ keçirildi, ancaq iki əsr sonra Osmanlılar buradakı hakimiyyətlərini bərpa etdilər. Yəmən əyaləti 1849-cu ildə Osmanlının Yəmən ərazilərinin çox hissəsini ələ keçirməsi ilə yenidən təşkil edildi. 1872-ci ildə imperiyada aparılan torpaq islahatından sonra əyalətin böyük hissəsində Yəmən vilayəti yaradıldı.
1516-cı ildə Yəmən Misir məmlükləri tərəfindən ilhaq edilsə də, lakin sonrakı il Məmlük valisi Osmanlılara təslim oldu və sonradan Osmanlı qoşunları ölkəni ələ keçirdilər. 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində Zeydi imamı Böyük Qasımın başçılığı ilə Osmanlı orduları Zeydi qəbilələri tərəfindən Yəmən ərazisindən tamamilə çıxarıldılar. Lakin sonradan Osmanlılar buradakı hakimiyyətlərini bərpa etdilər
19-cu əsrin ortalarında əyalətin sancaqları: