Ya-Dranq vadisi döyüşü və ya Dranq çayı vadisi döyüşü — 1965-ci ildə Vyetnam müharibəsinin əvvəllərində Çu-Ponq massivinin şərq ətəyində aparılan Pleyku kampaniyası çərçivəsində ABŞ ordusu və Vyetnam Respublikası Ordusu (VRO)[1] ilə Vyetnam Xalq Ordusu (VXO) arasında ilk böyükmiqyaslı döyüş. Ya-Dranq vadisi döyüşü iki vertolyot eniş meydançasında (EM) mərkəzləşdirilmiş iki əsas tapşırıqdan ibarət idi. Onlardan birincisi İks-Rey EM-si kimi tanınan, ardınca isə Ya-Dranq vadisindən daha şimalda yerləşən Albani EM-si idi. Bu, Vyetnam müharibəsinin ən şiddətli, qanlı və tez-tez xatırlanan döyüşlərindən biridir. Bu, ilk dəfə irimiqyaslı vertolyot ilə hava hücumu və həmçinin "Boeing B-52 Stratofortress" strateji bombardmançılarının taktiki dəstək rolunda istifadə edilməsi ilə tanınır. Bu döyüş Vyetnam müharibəsinin planını təyin etmişdi. ABŞ tərəfi hava hərəkətliliyinə, artilleriya atəşinə və yaxın hava dəstəyinə güvənirdi, VXO isə Amerika qüvvələri ilə çox yaxın məsafədən tez bir zamanda münaqişəyə girərək bu atəş gücünü zərərsizləşdirirdi.
Birinci tapşırıq 14–16 noyabr tarixlərində İks-Rey EM-sində baş tutmuşdur. Mühasirəyə alınan və sayca üstün bir qüvvənin şiddətli atəşi altında qalan Amerika qüvvələri Şimali Vyetnam qüvvələrini üç gün ərzində, əsasən, hava qüvvələrinin dəstəyi və ağır artilleriya bombardmanı sayəsində geri çəkə bilmişdi. Amerikalılar 10:1 öldürmə nisbətinə istinad edərək İks-Rey EM-sini taktiki qələbə kimi qəbul etmişdilər.
İkinci tapşırıq 17 noyabrda Albani EM-sində baş tutmuşdu. Şimali vyetnamlıların yaxından iştirakı səbəbindən hava və artilleriya dəstəyindən istifadə edə bilməyən bir Amerika batalyonu yaxın yerlərdə pusquya salınmışdı. Burada amerikalılar təxliyə olunmazdan əvvəl 50%-dən çox itki vermişdilər. Hər iki tərəf qələbə iddia etmişdir.
Müharibədə iştirak edən amerikalı jurnalist Cozef Li Qallovey daha sonra Ya-Dranq döyüşünü "Ho Şi Mini qalib gələ biləcəyinə inandıran döyüş" kimi təsvir etmişdir.
Cash, John A.; Albright, John; Sandstrum, Allan W. Fight at Ia Drang // Seven Firefights in Vietnam. Washington, D.C.: The United States Army Center of Military History. 1985 [1970]. 2013-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-26.
Harris, J.P.; Eward, J. Kenneth. Ia Drang 1965; The Struggle for Vietnam's Pleiku Province. Osprey Campaign Series #345. Osprey Publishing. 2020. ISBN9781472835154.
Head, William. A Re-assessment of the Battle of Ia Drang Valley, 1965: The Role of Airpower, Heroic Soldiers and the Wrong Lessons. Virginia Review of Asian Studies, Volume 16. 2014. 27–55.
Hobson, Chris. Vietnam Air Losses, USAF, USN, USMC, Fixed-Wing Aircraft Losses in Southeast Asia 1961–1973. North Branch, Minnesota: Specialty Press. 2002. ISBN1-85780-115-6.