Yabanı albalı

Yabanı albalı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yabanı albalı (lat. Prunus fruticosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | vikimətni redaktə et]

Ukraynada, Moldaviyada, Krım və Qafqazda bitir.

Botaniki təsviri

[redaktə | vikimətni redaktə et]

Hazırda mədəni albalı sortları çox olduğundan yabanı albalı öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara çox təsadüf edilir.

Yabanı albalı aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır. Meyvələri iyun-iyulda yetişir. Forması yumru və ya ürək şəklindədir. Qara, sarı-qırmızı və tünd qırmızı rəngdə olur.

Yabanı albalının tərkibində şəkər, üzvi turşular, karotin, C və P vitaminləri vardır. Çəyirdəyində 30% yağ və 1%-ə qədər efir yağı vardır. Texniki məqsədlər üçün işlədilə bilər. Yarpaqlarında 250 mq% C vitamini vardır.

Dadı acıtəhər və bəzən şirin olur. Şirinlər təzə halda yeyilir, eləcə də ondan kompot, şirə, ekstrakt, mürəbbə və başqa məhsullar hazırlanır. Acı gilaslar isə şərab istehsalı üçün yararlıdır. Yabanı albalı külli miqdarda qatran ifraz edir ki, bundan da parçaların boyanmasında istifadə edilir. Albalı şirəsi qidanın yaxşı həzm olunması üçün tətbiq edilir. Xalq təbabətində qəbz olmağa qarşı da istifadə olunur. Oduncağı bərk, sarı-qırmızı rəngdədir. Albalının oduncağından xarrat məmulatı, nazik budaqlarından isə qəlyan çubuqları hazırlanır. Albalı balverən və bəzək bitkisi kimi də əhəmiyyətlidir. 1 hektar çiçəkləyən albalı sahəsindən arılar 36-40 kq bal hasil edə bilirlər.