Yabusame (流鏑馬?) – at üzərində edilən yapon oxatama sənəti. Yabusamenin min ildən çox tarixi var. Qədim dövrlərdə daha böyük əhəmiyyətə malik idi və müharibələrə böyük rol oynayırdı. Portuqalların Yaponiyaya isti silahlar gətirməsindən sonra XVI əsrdə əhəmiyyətini itirmişdir.[1]
Yaponiyada yay qədim zamanlardan hakimiyyətin simvolu olmuşdur. At üstündə istifadəsi IV əsrdə başlamışdır. Müharibədə oxatma bacarığı samuray üçün çox vacib idi. Atlı oxatma 1187-ci ildən yabusameyə çevrilmişdir: ilk şoqun Minamoto no Yorimoto samurayların oxçuluq bacarıqlarının yaxşı olmadığını düşünürdü və buna görə də daha yaxşı sistemə ehtiyacı var idi.[1]
Bütün samurayların yabusame ustası olması zəruri idi. Samuraylar arasındakı ziddiyyətlər bəzən yabusame duelləri ilə həll edilirdi. Samuraylar bir-birilərinin üzərinə at sürürdülər. Hərəsinin 3 atış haqqı var idi. Hər iki samuray qurtulsaydı, ziddiyyət həll olunmuş hesab olunurdu.[1]
XVI əsrdə portuqalların gətirdiyi isti silahlardan sonra yabusame gerilədi. Şagirdlərə qazandırdığı nizamlılığa və bacarıqlara görə tədbiq edilməyə davam edilsə də, əvvəlki əhəmiyyətini bir daha qazanmamışdır.[1]
Yabusame keçmişdə hava vəziyyəti təxminlərində istifadə olunurdu. Hədəfi vuran oxların ayı məhsul toplanışının növbəti illərdə nə qədər yaxşı olacağını göstərirdi.[1]
Yabusame sənətini öyrənmək çətin hesab olunur. Yaponiyada bu sənəti öyrədən bir neçə akademiya qalmışdır. Hazırda yabusame sənəti festivallarda nümayiş etdirilir. Oxçular ənənəvi geyim geyinir, üç hədəfə ardarda üç ox atırlar. Ən usta yabusame oxçularına gil və ya taxta hədəfi parçalaya bilən V-şəkilli başlığa malik olan oxdan istifadə etməyə icazə verilir. Hədəflər 70 metr uzaqlığa qoyulur. Hədəflərini vuran oxlar uğur gətirməsi üçün saxlanılır.[1]