Yakab-Xed | |
---|---|
mac. Jakab-hegy | |
| |
Ümumi məlumatlar | |
Dağ silsiləsi | Meçek |
Mütləq hündürlüyü | 602 m |
Yerləşməsi | |
46°05′35″ şm. e. 18°08′25″ ş. u.HGYO | |
Ölkə | Macarıstan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yakab-Xed (Yakabxed; mac. Jakab-hegy — «Yakobun dağı») — Cənubi Macarıstanda Meçek dağ silsiləsinin qərb hissəsində yerləşən ən hündür dağdır. Dağ 602 metr hündürlüyə malikdir.[1]
Dağ Peç şəhərindən şimal-qərbdə yerləşmişdir. Yakab-Xed Ortadunay düzənliyinin yaxınlığında yerləşir. Yakab-Xed dağından yaxşı hava şəraiti zamanı 682 metrlik Zenqyo zirvəsini və Şərq Meçek dağlarını görmək olar.
Dağ paleozoy erasında yaranmışdır. Perm dövründə qumdaşlarının toplanması nəticəsində meydana gəlmişdir.[2] Eroziyanın təsiri nəticəsində bir neçə qayalıqlar əmələ gəlməyə başlamışdır. Bu qayalıqlara "Babaş Serkyovek" ("Bir sıra insanaoxşar daşlar") və "Jonqorkyo" ("Jonqora Daşı") qayalıqlarını misal göstərmək olar.[3]
Yakab-Xed dağında Macarıstanda uranın tək və ən böyük yatağı yerləşir. Uranın çıxarılması 1950-ci illərdə Rusiyanın dəstəyi ilə başlamışdır. Təmizlənmiş uran 1982-ci ildən istifadə olunmağa başlanmışdır. Uran Pakş atom elektrik stansiyanın istismarı üçün istifadə olunurdu. Mədənlər və şaxtalar Soyuq müharibə bitdikdən sonra qiymətlərin kəskin şəkildə aşağı düşməsinə görə 1990-cı illərdə bağlanmışdır.[4]
Qədim vaxtlardan başlayaraq bu dağda insanlar məskunlaşmışdır. Dəmir dövründə bu dağda böyük istehkam tikilmişdir. Dağda oppidum tikilmişdir. Bu tikili keltlərin və qalştatların mədəniyyətlərinin əsas siyasi mərkəzi hesab olunurdu. Roma fəthindən sonra istehkam dağıdılmışdır. Ancaq xarabalıqları hələ də mövcuddur.
Dağıdılmış qalanın mərkəzində orta əsrlərə aid kiçik kənd aşkar edildi. Müqəddəs Yakob kəndin himayəçisi idi. Dağın adı da buradan götürülmüşdür. Dağda 1225-ci ildə paulin ordeninin monastırı yaradılmışdır. Monastır Macarıstanın türk işğallarına qədər əsas istehkamlardan hesab olunurdu. 1736-cı ildə monastır yenidən tikilmişdir. 1828-ci ildə yenidən dağıdılmışdır. Bizim vaxtımıza qədər monastırın yalnız xarabalıqları gəlib çatmışdır.[5]