Yakopo Korsi | |
---|---|
it. Jacopo Corsi | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Florensiya, Florensiya hersoqluğu |
Vəfat tarixi | (41 yaşında) |
Vəfat yeri | Florensiya, Toskana Böyük Hersoqluğu |
Vətəndaşlığı | Toskana Böyük Hersoqluğu |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Musiqi aləti | klavesin |
Yakopo Korsi (it. Jacopo Corsi; 17 iyul 1561, Florensiya – 29 dekabr 1602[1], Florensiya) son İntibah dövrü və erkən Barokko dövründə fəaliyyət göstərən İtaliyalı bəstəkar, opera janrının banilərindən biri olmuşdur. Onun ən məşhur əsəri Yakopo Peri ilə yazdığı "Dafna" sayılır. Əsərin yalnız 6 hissəsi saxlanılıb, ikisi Korsiyə, dördü Periyə məxsusdur. 1598-ci ildə Korsinin evində "Dafna"nın ilk göstərilişi təşkil olunmuşdur.[2] O vaxtki iradlara baxmayaraq, "Dafna" ilk opera sayılır.