Yakov Premyakov | |
---|---|
rus. Яков Пермяков | |
Doğum tarixi | XVII əsr |
Vəfat tarixi | 1712 |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d] |
Yakov Premyakov (d. ? – ö. 1712) — Rus dənizçisi və tədqiqatçısı.
1710-cu ildə Y. Permyakov Lena çayı ilə şimala irəliləyir və Kolıma çayına çatır. O dövrə Rusiya dövlətinə məlum olmayan Böyük Lyaxovski və Medvejıy adalarını kəşf edir. 1712-ci ildə Boqdan Daniloviçin təşkil etdiyi ekspedisiyaya rəhbər olmuşdur. Kazak Vaqim Merkuriydə bu ekspedisiyada iştirak etmişdir. Onlar qışda itlərlə şimala Böyük Lyaxovski adasına gəlmiş Syatoy Nos burnuna çatmış və adanı tətqiq etmişlər.
İkinci ekspedisiyada Yeni Sibir adalarına getməyi planlaşdırılırdı. Ancaq Vaqim, onun oğlu və Yakov Primyakov kazakların qaldırdığı qiyam zamanı öldürülür.