Yaksisk (xanqıl: 약식) və ya yakpap (xanqıl: 약밥) - koreya mətbəxinə məxsus şirniyyatdır. Şirniyyata qoz, şabalıd və s. əlavə edilir.[1]
Şirniyatın tərkibinə bal, şəkər, dad verici vanil, yağ, sous və xurmada əlavə edilir. Ənənəvi olaraq yaksik "çonvol-deborm" (xanqıl: 정월대보름) bir yerdə serviz edilir. Bu şirniyyat əsasən yeni ildə, toylarda, ad günlərində və xüsusi ziyafətlərdə təqdim olunur[2].
Yaksikin hərfi mənası "dərmanlı düyü" və ya "dərmanlı qida" deməkdir. Tərkibində bal olduğu üçün Cosone onu "yak" yəni dərman adlandırırdı. Balın şərabla qarışıq yakçu' (약주), qaynadılmış düyü ilə bal yakkva (약과) adlanır. Digər növləri yakpan (약반), kkulban (kkulbap 꿀밥) və milbap (milbap хангыль: 밀반)-dır.
Yaksik Korye imperiyası dövründən mövcuddur. XIII əsrdə İryonom monanxı tərəfindən icad olunub. Əfsanəyə görə Soci Sillinin kralı 15 yanvar 488-ci ildə yolda olarkən ac olub və ona bu şirniyyatı bişiriblər və o xilas olub. Bundan sonra hər il yanvar ayının 15-i şirniyyat ənənəvi olaraq bişirilir[3].[4]