Yalnız sən (film, 1994)

Yalnız sən
ing. Only You
Janr Komediya
Rejissor Cuison Norman
Prodüserlər Roberd N. Fried, Cuison Norman
Ssenari müəllifi Diane Drake
Baş rollarda Marisa Tomey, Robert Dauni, Bonni Hant, Stivens Fişer
Operator Sven Nükvist
Bəstəkar Raxel Portman
İstehsalçı TriStar Pictures
Distribütor TriStar Pictures, Netflix
İlk baxış tarixi 1994, 9 fevral 1995[2]
Müddət 115 dəq.
Büdcə 20,059,210 $[1]
Ölkə ABŞ
Dil İngilis
İl 1994
Rəng rəngli
Çəkiliş yeri Venesiya, Pitsburq
IMDb ID0110737

Yalnız sən (ing. Only You) — 1994-cü ildə komediya janrında çəkilmiş romantik film.

Hələ 11 yaşında ikən Feyt Kotvaça (Marisa Tomey) bir qaraçı qismətinin Deymen Bredli ismi ilə bağlı olacağını söyləyir. Falçı ona daha sonra deyir ki, bu qismətə çatmaq yolu ancaq onun özündən asılı olacaqdır. 14 il keçdikdən sonra gözəl qıza çevrilmiş Feyt yaxşı lakin darıxdırıcı bir ortoped həkimlə nişanlanır. Toy ərafəsində təsadüfi bir zəng hər şeyi alt-üs edir. 14 il bundan qabaq qaraçı falçının demiş olduğu Deymen Bredli ismli bir nəfər tərəfindən olunan telefon bağlantısı Feyti öz qismətinin dalıycan getməyə sürükləüir. Feyt qardqaşı arvadı ilə birlikdə bu ismin ardınca İtaliyaya: Venesiyaya, Romaya və nəhayət Pozitano şəhərinə gəlir. Bu zaman təsadüfən tanış olduğu Peter Urayt (Robert Dauni) ona sözügedən adamı tapmaqda yardımçı olur. Qismətini tapmayıb, çarəsiz geri Amerikaya dönən Feyt təsadüfən hava limanında Deymen Bredli isminin elan olunduğunu eşidərək dərhal o yerə özünü yetirir. Eyni zamanda ora Peter Üraytda gəlir. Burada onlar Demen Bredli ilə tanış olurlar. Feytin xəyalındakı Deymen Bredli ilə həyatdakı Deymen Bredli arasında böyük bir fərq var. Tanış olduğu Deymen yaşlı və onun zövqünə heç də uyğun gəlməyən bir şəxsdir. Bu zaman Feyt anlayır ki, onun qismətində olan məhz Peter Uraytdır və Deymen Bredli ismi onun qisməti deyil məhz qismətinin (Peter Uraytla bir araya gəlməsinin) səbəbkarıdır.

  1. "Only You". Box Office Mojo. 2012-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 21, 2012. (#apostrophe_markup)
  2. Lexicon of international films (alm.). Zweitausendeins.