Yamanaşi Universiteti

Yamanaşi Universiteti
梨大
Xəritə
35°40′42″ şm. e. 138°34′22″ ş. u.HGYO
Əsası qoyulub 1949
Ölkə
Sayt yamanashi.ac.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yamanaşi Universiteti (yap. 山梨大学, Yamanashi Daigaku),[1]Yaponiyanın Yamanaşi şəhərində yerləşən milli universitet. Universitetin kampusları Tokiodan təxminən 120 km. qərbdə, dağlarla əhatə olunmuş Kofu hövzəsinin mərkəzində, KofuÇuo şəhərlərində yerləşir.

Yamanaşi Universitetinin mənşəyi 1795-ci ildə Tokuqava hökumətinin "Şoheizaka" məktəbinin (sonradan Tokio Universiteti) bir qolu kimi əsası qoyulan və Yamanaşi Müəllimlər Məktəbinə çevrilən "Kitenkan"dan (徽典館) gəlir. 1921-ci ildə kiçik yaşlı uşaqlar üçün Yamanaşi Müəllimlər Məktəbi və 1924-cü ildə Yamanaşi Mühəndislik Ali Məktəbi yaradıldı.

İkinci Dünya Müharibəsindən sonra bu üç məktəb Yaponiyanın yeni məktəb sisteminə uyğun olaraq Yamanaşi Universitetinə birləşdirildi.

Universitet rəsmi olaraq Yamanaşi Milli Universitet Korporasiyası adlanır. 2012-ci ildə Təhsil və İnsan Elmləri fakültəsi və Mühəndislik fakültəsi təşkil edildi və Həyat və Ətraf Mühit Elmləri fakültəsi yeni yaradıldı.[2] 2016-cı ildə Pedaqoji-humanitar fakültəsində davamlı təhsil ləğv edilmiş və fakültə Təhsil fakültəsi adlandırılmışdır.[3]

Təhsil layihələri

[redaktə | mənbəni redaktə et]

Mühəndislik fakültəsinin "Asiya Musson Bölgəsində İnteqrasiya Su Resurslarının İdarə Edilməsi üzrə Tədqiqat və Təhsil" layihəsi 2002–2006-cı illər üçün XXI-ci əsr KOE Proqramı kimi qəbul edilmişdir. Onun ardınca 2007-ci ildən KOE Qlobal Proqramı "Asiya Regionunda Çay hövzəsinin İnteqrasiya edilmiş İdarəetməsində Tədqiqatın və Təhsilin Təkamülü" proqramı həyata keçirildi.[4]

Yamanaşi Universiteti bakalavrmagistr şöbələrindən ibarətdir.

Universitetin 4 bakalavr və 3 magistratura fakültələri var:

Bakalavr:

  • Humanitar Təhsil fakültəsi
  • Mühəndislik fakültəsi
  • Tibb fakültəsi
  • Həyat və Ətraf Mühit Elmləri fakültəsi

Magistr:

  • Təhsil fakültəsi
  • Tibbi avadanlıqların mühəndisliyi fakültəsi
  • Tibbi Tədqiqat və Mühəndislik fakültəsi

Kofu Şərq kampusu, Kofu Qərb kampusu, Tibb Fakültəsinin kampusu

Kofu Şərq kampusu

[redaktə | mənbəni redaktə et]

Texnologiya fakültəsi:

  • Kooperativ Tədqiqat və İnkişaf Mərkəzi
  • Instrumental Analiz Mərkəzi
  • Universal məlumat mərkəzi
  • Nanomateriallar və yanacaq elementləri üçün mərkəzlər
  • Qabaqcıl Biotexnologiya mərkəzi
  • Ali Təhsil mərkəzi
  • Kristallar haqqında Elm və Texnologiya mərkəzi
  • Oenologiya və Üzümçülük İnstitutu
  • Beynəlxalq Təhsil Mərkəzi və Beynəlxalq Əlaqələr bürosu

Kofu Qərb kampusu

[redaktə | mənbəni redaktə et]

Fakültələri: Təhsil, İnsan Elmləri və Həyat, Ətraf Mühit elmləri.

  • Yaponiya Açıq Universiteti (Yamanaşi filialı)
  • Universitet Kitabxanası
  • Sağlamlıq Xidməti mərkəzi
  • Tələbə İdman zalı.

Tibb Fakültəsinin kampusu

[redaktə | mənbəni redaktə et]
  • Universitet xəstəxanası
  • Universal Tibbi Təhlil və Təcrübə mərkəzi
  • Tibb fakültəsinin əsas kampusu

Universitetin tərəfdaşları

[redaktə | mənbəni redaktə et]

Yamanaşi Universitetinin tərəfdaşları

Fakültələrin tərəfdaşları

  1. "University of Yamanashi". 2014-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-04.
  2. https://www.yamanashi.ac.jp/modules/ynsprofile/?content_id=27[ölü keçid]
  3. "学部". 2019-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-20.
  4. "山梨大学 グローバルCOEプログラム GCOE of University of Yamanashi". 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]