Yamazaki Sokan | |
---|---|
yap. 山崎宗鑑 | |
Doğum tarixi | 1465 |
Doğum yeri | |
Vəfat tarixi | 1553 |
Vəfat yeri |
|
Fəaliyyəti | şair, yazıçı |
Yamazaki Sokan (山崎宗鑑?, 1465, Omi əyaləti[d], Tosando[d] – 1553, Kanonci[d], Kaqava prefekturası) – yapon renqa və haykay şairi.[1] Norişiqe Şina əsl adıdır.[2] Ən qədim haykay antologiyasını tərtib etdiyi üçün "haykunun atası" hesab olunur.[1]
Yamazaki Sokanın həyatı haqqında məlumatlar azdır.[1] O, Omi əyalətində doğulmuş və şoqun Aşikaqa Yoşihisanın samurayı olmuşdur.[2] Yoşihisanın ölümündən sonra İkkyunun Zen doktrinalarını öyrənmək üçün Kiotoya köçərək 1489-cu ildə buddist keşişi olmuşdur.[1][2] Bəzi rəvayətlər onu səfil və dəli adam kimi təqdim etsə də, tarixi faktlara əsasən poeziya müəllimliyi edərək və kalliqrafiya ilə məşğul olaraq pul qazanmışdır.[3]
Sokan ən çox "İnu tsukuba şu" adlı haykay antologiyasına görə tanınır.[1] O, bu əsərə özünün və başqalarının haykaylarını daxil etmişdir.[3] Antologiya 1540-cı illərdə tərtib edilsə də, 1615-ci ildə nəşr olunmuşdur.[3] Bunun səbəbi Sokanın əsəri sadəcə tələbələri üçün tərtib etməsi, digər səbəbi isə haykaylarının kobud təbiəti idi.[3] Sokan bu əsərə görə "haykunun atası" titulunu qazanmışdır.[1]
Əsər XVII əsrin haykay şairlərinə, xüsusilə, Danrin məktəbinə təsir göstərmişdir.[3] Bir çox haykay şairi onun üslubunu təqlid etməyə çalışmışdır.[3]